Bakıda “Critical Infrastructure Defence Challenge 2023” tədbiri keçiriləcək

Bakıda “Critical Infrastructure Defence Challenge 2023” tədbiri keçiriləcək Bu il oktyabrın 26-27-də Bakıda Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Xidmətinin və Dövlət Təhlükəsizliyi Xidmətinin birgə təşkilatçılığı ilə “Critical Infrastructure Defence Challenge 2023” (CIDC-2023) tədbiri keçiriləcək.
İKT
14 İyul , 2023 11:47
Bakıda “Critical Infrastructure Defence Challenge 2023” tədbiri keçiriləcək

Bu il oktyabrın 26-27-də Bakıda Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Xidmətinin və Dövlət Təhlükəsizliyi Xidmətinin birgə təşkilatçılığı ilə “Critical Infrastructure Defence Challenge 2023” (CIDC-2023) tədbiri keçiriləcək.

"Report"a daxil olan məlumata görə, tədbir "Bakı Konqres Mərkəzi" MMC-də baş tutacaq.

CIDC-2023 sahə üzrə yerli və xarici şirkətləri, dövlət və özəl sektorları, tələbə və ekspertləri bir araya toplayacaq. Tədbir çərçivəsində Azərbaycanda ilk dəfə kritik informasiya sistemlərində kiberhücumlardan müdafiə qabiliyyətinin və böhran vəziyyətlərində informasiya sistemlərinin idarəedilməsinin inkişaf etdirilməsi məqsədilə “Kibermüharibə” yarışı keçiriləcək. İştirakçı komandalar kiberhücumların simulyasiyası ilə həyata keçiriləcək yarışda virtual informasiya sistemlərinin təhlükəsizliyini təmin etməli olacaqlar.

Təşkilatçılar informasiya təhlükəsizliyi üzrə təqdimat və panel müzakirələr, eləcə də ödənişsiz ixtisasartırma təlimləri təşkil edəcək. Tədbir iştirakçiları 2 gün ərzində sözügedən təlimləri dinləmək, kibertəhlükəsizlik həlləri sərgisini ziyarət etmək, keçiriləcək yarış və virtual “quiz”lərdə iştirak edib hədiyyələr qazanmaq imkanına malik olacaq.

Tədbir dövlət qurumları, kritik infrastrukturlar, maliyyə və telekommunikasiya sektorları əməkdaşlarının informasiya təhlükəsizliyi üzrə təcrübə, bilik və bacarıqlarının təkmilləşdirilməsi, dövlət və özəl sektorlar arası netvorkinqin və koordinasiyanın gücləndirilməsi məqsədilə təşkil olunur. Tədbir haqqında ətraflı məlumatı əldə etmək və iştirakçı qismində qeydiyyatdan keçmək üçün “CİDC 2023” tədbirinin saytına (https://cidc.gov.az) müraciət etnək olar.

Son xəbərlər

Orphus sistemi