​Bakıda "Avtobiznes üçün müasir həllər" mövzusunda seminar keçirilib

​Bakıda "Avtobiznes üçün müasir həllər" mövzusunda seminar keçirilib Tədbirin təşkilatçıları "Microsoft Azerbaijan" və "Incadea" şirkətləridir
İKT
10 Aprel , 2015 12:18
​Bakıda Avtobiznes üçün müasir həllər mövzusunda seminar keçirilib

Bakı. 10 aprel.REPORT.AZ/Bu gün "Microsoft Azerbaijan" və "Incadea" şirkətlərinin təşkilatçılığı ilə Bakıda "Avtobiznes üçün müasir həllər" mövzusunda seminar keçirilib.

"Report" xəbər verir ki, seminar avtodiler, satış və maliyyə menecerləri, xidmətin idarə olunması və müştəri xidmətləri nümayəndələri, həmçinin, biznesin rəhbərləri və sahiblərini məlumatlandırmaq, İT texnologiyalarından avtobiznesdə istifadə və dünya üzrə nəticələri haqqında məlumat vermək məqsədilə təşkil olunub.

Tədbirdə seminar iştirakçılarına avtobiznes sahəsində "Incadea" şirkətinin "Microsoft"un yeni texnologiyalar üzərində hazırladığı və qısa bir vaxt ərzində qənaətli tətbiqinə zəmanət verən diler müəssisəsinin idarə edilməsi sistemi, avtomobil sahibləri ilə əlaqənin idarə olunması sistemi, biznes analitika üçün tətbiq, mobil və bu kimi digər həllərin tətbiqinin nümunələri nümayiş olunub və daha əvvəl tətbiq olunmuş ölkələr üzrə nəticələr təqdim edilib.

Eyni zamanda, tədbirdə "Office 365" xidməti və sözügedən xidmətdə istifadəsi haqqında məlumat verilib.

Qeyd edək ki, "Incadea" şirkəti avtomobillərin topdan və pərakəndə satışı ilə məşğul olan müəssisələr üçün həllər və xidmətlərin aparıcı qlobal tədarükçüsüdür.

Son xəbərlər

Orphus sistemi