"Bakı Telefon Rabitəsi" xalis mənfəətini 2 dəfə artırıb

"Bakı Telefon Rabitəsi" xalis mənfəətini 2 dəfə artırıb Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinə məxsus “Bakı Telefon Rabitəsi” MMC ("Baktelecom") 2019-cu ili 8,853 milyon manat xalis mənfəətlə başa vurub.
İKT
329
5 Dekabr , 2020 10:28
Bakı Telefon Rabitəsi xalis mənfəətini 2 dəfə artırıb

Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinə məxsus “Bakı Telefon Rabitəsi” MMC ("Baktelecom") 2019-cu ili 8,853 milyon manat xalis mənfəətlə başa vurub.

“Report” şirkətin maliyyə hesabatına istinadən xəbər verir ki, bu, 2018-ci ilə nisbətən 97,35 % və yaxud təxminən 2 dəfə çoxdur.

Ötən il "Baktelecom"un göstərdiyi xidmətlərdən gəlirləri 75,427 milyon manat (əvvəlki illə müqayisədə 8,2 % çox), xidmətlərinin maya dəyəri 40,284 milyon manat (5,9 % çox), ümumi, inzibati və digər əməliyyat xərcləri 25,338 milyon manat (2,2 % az), digər əməliyyat gəlirləri 3,001 milyon manat (2,9 dəfə çox), maliyyə xərcləri 412 min manat (37,9 % az), mənfəət vergisi ödəmələri isə 3,541 milyon manat (2,2 dəfə çox) təşkil edib.

Bu il yanvarın 1-nə "Baktelecom"un aktivləri 126,819 milyon manat olub ki, bu da 1 il əvvələ nisbətən 9,2 % çoxdur. Hesabat dövründə şirkətin öhdəlikləri 2,6 % artaraq 29,854 milyon manata, balans kapitalı isə 11,5 % artaraq 96,964 milyon manata, o cümlədən nizamnamə kapitalı 4,5 % artaraq 43,151 milyon manata çatıb.

Xatırladaq ki, “Baktelecom" 1997-ci ildən fəaliyyət göstərən “Bakı Telefon Rabitəsi” İstehsalat Birliyinin (BTRİB) bazasında 2017-ci ildə yaradılıb.

Son xəbərlər

Orphus sistemi