Bakcell Zəngilanın Ağalı kəndində mağaza açdı

Bakcell Zəngilanın Ağalı kəndində mağaza açdı Mayın 19-dan Zəngilan rayonunun Ağalı kəndində yeni "Bakcell" mağazası fəaliyyətə başlayıb.
İKT
24 May , 2023 12:50
Bakcell Zəngilanın Ağalı kəndində mağaza açdı

Mayın 19-dan Zəngilan rayonunun Ağalı kəndində yeni Bakcell mağazası fəaliyyətə başlayıb.

Yeni Bakcell mağazasında Ağalı sakinlərinə şirkətin məhsul və xidmətlərinin geniş çeşidi, həmçinin mobil nömrələr və aksesuarlar təklif edilir. Mağazanın açılışında Bakcell şirkəti və yerli qurumların nümayəndələri ilə yanaşı Ağalı kəndinin sakinləri də iştirak edib.

Açılış mərasimi xüsusi olaraq uşaqlar üçün hazırlanmış əyləncə proqramı ilə yadda qalıb. "Ağıllı kənd"in gənc sakinləri üçün xoş sürpriz kimi tədbirdə müxtəlif oyunlar və şən yarışlar keçirilib, uşaqlara maraqlı hədiyyələr təqdim edilib.

“NEQSOL Holding”in tərkibinə daxil olan Bakcell şirkəti hazırda Bakcell ilə ən sürətli ol” şüarı ilə genişmiqyaslı kampaniya həyata keçirir.

Son xəbərlər

Orphus sistemi