“Bakcell” və PwC xüsusi qayğıya ehtiyacı olan uşaqları dəstəkləmək üçün səylərini birləşdirir

“Bakcell” və PwC xüsusi qayğıya ehtiyacı olan uşaqları dəstəkləmək üçün səylərini birləşdirir Bakı. 19 yanvar. REPORT.AZ/ “Bakcell” şirkəti özünün “Bakcell Stars” Korporativ Sosial Məsuliyyət Proqramı çərçivəsində “Azərbaycana birgə yardım” (UAFA) təşkilatı ilə birgə həyata keçirdiyi “İncəsənət vasitəsilə ünsiyyət layihəsinin yeni mərhələsinə start verib.
İKT
19 Yanvar , 2018 13:03
“Bakcell” və PwC xüsusi qayğıya ehtiyacı olan uşaqları dəstəkləmək üçün səylərini birləşdirir

Bakı. 19 yanvar. REPORT.AZ/ “Bakcell” şirkəti özünün “Bakcell Stars” Korporativ Sosial Məsuliyyət Proqramı çərçivəsində “Azərbaycana birgə yardım” (UAFA) təşkilatı ilə birgə həyata keçirdiyi “İncəsənət vasitəsilə ünsiyyət layihəsi"nin yeni mərhələsinə start verib.

“Report”un şirkətə istinadən verdiyi xəbərə görə, bu il “Bakcell” şirkəti xüsusi qayğıya ehtiyacı olan uşaqlar üçün bərabər hüquq və imkanların təmin edilməsi, asudə vaxtlarının səmərəli təşkili və cəmiyyətə tam inteqrasiya olunmalarının təmin edilməsinə yönəlmiş bu layihənin həyata keçirilməsi üçün “PwC Azerbaijan” ilə səylərini birləşdirir. “Bakcell” və PwC şirkətlərinin əməkdaşlığı sayəsində bu layihə üzrə bütün fəaliyyətlər maliyyələşdirilərək daha çox uşağa dəstək olmağa imkan yaradacaq.

"İncəsənət vasitəsilə ünsiyyət layihəsi"nin yeni mərhələsi UAFA-nın Xaçmaz və Yasamal İcma Əsaslı Reabilitasiya (İƏR) mərkəzlərindəki xüsusi qayğıya ehtiyacı olan uşaqlar üçün yeni imkanlar təmin etmək məqsədi daşıyır. Layihə zamanı 80 nəfərdən çox uşaq öz maraq və seçimləri əsasında yeni bacarıqlara sahib olmaqla yanaşı, istedadını müxtəlif tədbirlərdə nümayiş etdirə biləcəklər.

"Bakcell" şirkətinin UAFA təşkilatı ilə əməkdaşlığı 2010-cu ildən başlayıb və həmin vaxtdan bu günə qədər olan müddət ərzində UAFA-nın Gəncə, Xaçmaz və Yasamal İcma Əsaslı Reabilitasiya (İƏR) mərkəzlərində təşkil edilmiş dram, rəqs, rəsm və yaradıcılıq dərnəklərindən 1000 nəfərdən artıq uşaq bəhrələnib. Layihə çərçivəsində təşkil olunan dərnəklər cəmiyyətdə sağlamlıq imkanları məhdud uşaqlara və əlilliyə qarşı münasibəti dəyişir və bu uşaqların cəmiyyətə tam inteqrasiya olunmalarının təmin edilməsinə kömək edir. 

Son xəbərlər

Orphus sistemi