"Bakcell" təqdim etdiyi internetin sürətinin zəif olması ilə bağlı ittihamlara münasibət bildirib

"Bakcell" təqdim etdiyi internetin sürətinin zəif olması ilə bağlı ittihamlara münasibət bildirib Şirkət gələn ilə aid planlarını və inkişaf proqramını bu yaxınlarda səhmdarlarına təqdim edəcək
İKT
11 Oktyabr , 2017 13:11
Bakcell təqdim etdiyi internetin sürətinin zəif olması ilə bağlı ittihamlara münasibət bildirib

Bakı. 11 oktyabr. REPORT.AZ/ "Bakcell" MMC-nin gələn ilə aid planlarını və inkişaf proqramını bu yaxınlarda şirkətin səhmdarlarına təqdim edəcəyik".

"Report" xəbər verir ki, bunu bu ilin ilk 9 ayının yekunları ilə bağlı keçirilən tədbirdə "Bakcell"in direktoru Nikolay Bekers (Nikolai Beckers) deyib.

O, həmçinin qeyd edib ki, rəhbərlik etdiyi mobil rabitə mobil operatoru bu il 200-ə qədər yeni 4G stansiyası quraşdırıb: "Ümumilikdə belə stansiyaların sayı 1000-ə çatıb".

Şirkət rəhbərinin sözlərinə görə, hazırda "Bakcell" Azərbaycanda ən geniş 4G internet şəbəkəsi olan mobil operatordur.

N.Bekers regionlarda yaşayan "Bakcell" abunəçilərinin internetin sürətinin zəif olması ilə bağlı səsləndirdiyi fikirlərə də münasibət bildirib: "Bəzi ərazilərdə əhatə dairəmizdən kənarda idi. Hazırda həmin yerlərdə 3G stansiyalarının quraşdırılmasına çalışırıq. Əgər bir stansiya quraşdırılırsa, bu, o deməkdir ki, artıq 30 km-lik əhatə dairəsində şəbəkənin keyfiyyəti yaxşılaşır. Digər tərəfdən, onu da bildirməliyəm ki, şəbəkəni mikrodalğalar və fiberoptik kanallarla tənzimləyirik. Mikrodalğalara isə hava şəraiti təsir edir. Ölkədə tez-tez hava küləkli olur və bu dalğalarım qırılmasına səbəb olur".

Son xəbərlər

Orphus sistemi