"Bakcell" şirkəti "ITU Telecom World 2017" sərgisində iştirak edir

"Bakcell" şirkəti "ITU Telecom World 2017" sərgisində iştirak edir Tədbirdə Azərbaycanı nəqliyyat, rabitə və yüksək texnologiyalar nazirinin müavini Elmir Vəlizadənin başçılıq etdiyi nümayəndə heyəti təmsil edir
İKT
27 Sentyabr , 2017 17:48
Bakcell şirkəti ITU Telecom World 2017 sərgisində iştirak edir

Bakı. 27 sentyabr. REPORT.AZ/ Azərbaycanın ilk mobil operatoru olan “Bakcell” şirkəti sentyabrın 25-28-də Cənubi Koreyanın Busan şəhərində keçirilən Beynəlxalq “ITU Telecom World 2017” sərgisinə qatılıb.

Bu barədə “Report”a Şirkətin Mətbuat xidmətindən məlumat verilib.

BMT-nin İKT sahəsində fəaliyyət göstərən xüsusiləşmiş təsisatı – Beynəlxalq Telekommunikasiya İttifaqının (ITU) təşkilatçılığı ilə keçirilən "ITU Telecom World 2017”də Azərbaycanı nəqliyyat, rabitə və yüksək texnologiyalar nazirinin müavini Elmir Vəlizadənin başçılıq etdiyi nümayəndə heyəti təmsil edir.

Ümumilikdə 4 gün davam edəcək tədbirin açılış mərasimi 25 sentyabrda Busan şəhərinin BEXCO sərgi və konfrans mərkəzində baş tutub.

"ITU Telecom World 2017” çərçivəsində keçirilən sərgi üzv ölkələr və İKT sahəsində fəaliyyət göstərən şirkətlərə innovativ xidmətlər, tətbiqlər və həlləri nümayiş etdirməyə imkan verir. Qeyd edək ki, müxtəlif dövlətləri təmsil edən 500-ə yaxın şirkətin qatıldığı sərgidə Azərbaycanın da milli pavilyonu quraşdırılıb. Milli pavilyondakı “Bakcell” stendində sərgi iştirakçılarına Şirkətin xidmət və məhsulları təqdim olunur.

Qeyd edək ki, 8 minə yaxın dövlət rəsmisi, elm adamı və biznes liderlərin qatıldığı tədbirin əsas məqsədi kiçik və orta müəssisələrin texnoloji innovasiyalarını dəstəkləmək və rəqəmsal iqtisadiyyatın inkişafına töhfə verməkdir. Hər il keçirilən beynəlxalq tədbir iştirakçılar üçün biliklərin mübadiləsi, maraqlı müzakirələr, müxtəlif ölkələr, təşkilatlar və şəxslər arasında İKT sahəsində işgüzar əlaqələrin qurulmasına imkan verir. Tədbir zamanı süni intellektin telekommunikasiya şəbəkəsinə tətbiqi, əşyaların internet sahəsində yeniliklərin və süni intellektin şəhər həyatına təsiri və ictimai xidmətlərin yüksək səviyyəyə çatdırılmasında oynadığı rol haqqında maraqlı sessiyalar və müzakirələr keçirilir.

Son xəbərlər

Orphus sistemi