"Bakcell” Novruz kampaniyasına başlayıb

"Bakcell” Novruz kampaniyasına başlayıb Bakı. 28 fevral. REPORT.AZ/ Azərbaycanın ilk mobil operatoru “Bakcell” MMC Novruz bayramı münasibətilə yeni kampaniyaya başlayıb.
İKT
28 Fevral , 2018 13:31
Bakcell” Novruz kampaniyasına başlayıb

Bakı. 28 fevral. REPORT.AZ/ Azərbaycanın ilk mobil operatoru “Bakcell” MMC Novruz bayramı münasibətilə yeni kampaniyaya başlayıb.

Şirkətdən “Report”a verilən məlumata görə, “Bakcell” abunəçilərini qapısına virtual papaq atıb pulsuz dəqiqələr, SMS və Meqabaytlar qismində Novruz hədiyyələrini almağa dəvət edir. 

“Belə ki, Novruz bayramı ərəfəsində nömrənin balansını ən azı 2 manat məbləğində artıran hər bir əvvəlcədən ödənişli (prepaid) “Bakcell” abunəçisini gözəl təsadüfi hədiyyə gözləyir. Fevralın 26-dan martın 31-dək davam edəcək hədiyyə kampaniyasına qoşulmaq olduqca asandır. Bunun üçün sadəcə “papaq” sözünü yazıb pulsuz SMS vasitəsilə 7777 nömrəsinə göndərmək kifayətdir. Kampaniyaya qoşulandan sonra abunəçi balansına hər dəfə ən azı 2 manat məbləğində vəsait yükləyəndə “Bakcell”dən təsadüfi hədiyyə alacaq. Bu hədiyyə kampaniyası çərçivəsində abunəçilər 100-ə qədər pulsuz şəbəkədaxili zəng dəqiqəsi, 100-ə qədər pulsuz ölkədaxili SMS və hətta 500 Mb-ə qədər pulsuz internet paketi və digər gözəl hədiyyələri qazana biləcəklər”,- məlumatda qeyd olunub.

Kampaniya ərzində balans artımı və hədiyyələrin sayına görə heç bir məhdudiyyət yoxdur. Kampaniyada yalnız əvvəlcədən ödənişli (prepaid) “Bakcell” tariflərinin abunəçiləri iştirak edə bilər. 

Son xəbərlər

Orphus sistemi