"Bakcell" investisiya qoyuluşuna davam edəcək

"Bakcell" investisiya qoyuluşuna davam edəcək Manatın ucuzlaşması şirkətə problem yaradıb
İKT
9 İyun , 2017 12:18
Bakcell investisiya qoyuluşuna davam edəcək

Bakı. 9 iyun.REPORT.AZ/ "Bakcell" MMC lazımi investisiya qoyuluşlarına davam edəcək.

"Report"un verdiyi xəbərə görə, bu barədə şirkətin baş icraçı direktoru Nikolay Bekkers (Nikolai Beckers) bu gün keçirdiyi mətbuat konfransında məlumat verib.

"2015-2016-cı illər çətin olub. 3G və 4G mobil avadanlığı idxal olunur. Manatın məzənnəsinin zəifləməsi bütün şirkətlər üçün çətinlik yaradıb. Lakin qərar verdik ki, şəbəkənin genişləndirilməsini davam etdirək. Realistik olmağa, ağılabatan investisiyalar etməyə çalışırıq. Xərcləri illərlə amortizasiya etməli, yəni illərə bölməliyik".

"Bakcell"in 3G və 4G İstifadəçilərinin sayı ilə bağlı suala cavabında isə N.Bekkers bildirib ki, son bir ildə bu rəqəm 50% artıb: "Hətta bəzi ərazilərdə 100%-dən çox artıb. Artım yüksək templə davam edir".

Son xəbərlər

Orphus sistemi