"Bakcell" abunəçiləri üçün yeni tarif təqdim edib

"Bakcell" abunəçiləri üçün yeni tarif təqdim edib Şirkət abunəçiləri Azərbaycanın bölgələrində 3-cü dəqiqədən sonra pulsuz danışacaqlar
İKT
11 Aprel , 2017 17:27
Bakcell abunəçiləri üçün yeni tarif təqdim edib

Bakı. 11 aprel. REPORT.AZ/ Azərbaycanın ilk mobil rabitə operatoru olan "Bakcell" şirkəti abunəçiləri üçün "YeniDoğma" tarifini təqdim edib.

Şirkətdən "Report"a bildirilib ki, yeni tarifin istifadəçiləri şəbəkədaxili zənglərin 3-cü dəqiqəsindən sonra pulsuz danışacaqlar.

Zənglərin ilk 3 dəqiqəsi zamanı isə bir dəqiqənin qiyməti 4 qəpik təşkil edir. Eyni zamanda, ölkədaxili digər zənglərin bir dəqiqəsinin qiyməti də 4 qəpik təşkil edir.

Yeni tarifdən faydalanmaq üçün *138#5#YES kodunu yığmaq və ya "YeniDoğma" tarifində olan yeni nömrə almaq yetərlidir. Bütün "Cin" və "Klass" tarifinin istifadəçiləri bu təklifdən yararlana bilərlər.

Qeyd edək ki, pulsuz şəbəkədaxili danışıqlar zəngin 4-cü dəqiqəsindən 30-cu dəqiqəsinə qədər təqdim olunur və bu müddət bitdikdən sonra pulsuz danışığa davam etmək üçün abunəçinin balansından növbəti 3 dəqiqə zamanı vəsait çıxılır. Qiymətlər Bakı şəhəri, Sumqayıt şəhəri və Abşeron yarımadasından kənar bölgələrdə qüvvədədir.

Son xəbərlər

Orphus sistemi