"B&B TV" yeni proqram paketlərini istifadəçilərinə təqdim edib

"B&B TV" yeni proqram paketlərini istifadəçilərinə təqdim edib Yeni paketlərdə 6 kanal ümumiyyətlə siyahıdan çıxarılıb
İKT
131
10 Sentyabr , 2015 20:08
B&B TV yeni proqram paketlərini istifadəçilərinə təqdim edib

Bakı. 10 sentyabr. REPORT.AZ/ Yerli kabel televiziyası olan "BB TV Communication" MMC ("B&B TV" ticarət nişanlı) yenidən formalaşdırılmış TV paketlərini istifadəçilərinə təqdim edib.

Kabel televiziyasından “Report”a verilən məlumata görə, əvvəl 4 paket formasında sıralanan kanallar artıq “Qızıl paket” və “Gümüş paket” olmaqla iki paketdə birləşdirilib. “Qızıl paket”in aylıq ödənişi 15 manatdır və 110 kanal daxildir, 80 kanaldan ibarət olan“Gümüş paket”də isə aylıq ödəniş 10 manatdır.

İlk dəfə qoşulanlar üçün dekoder almaq vacib olduğu üçün bütün texniki avadanlıqların alınması ilə birlikdə qoşulma haqqı 40 manadır, birillik ödəniş edənlər üçün isə 10%-lik güzəşt tətbiq olunur. İstifadəçilərin kanal seçmək imkanı yoxdur, hər paketdəki kanallar şirkət tərəfindən əvvəlcədən müəyyənləşdirilib.

Şirkətdən verilən məlumata görə, ümumi kanal sayı əvvəl 116 idi, artıq 6 kanal çıxarılıb. Həmin kanallar “Kanal 7”, “Basketbol”, “MCM”, “Eqoist TV” və “Bloomberg TV”dir.

Son xəbərlər

Orphus sistemi