“Azərbaycanda Elektron Hökumət üçün Təlim Mərkəzinin yaradılması Layihəsi" ilə bağlı işlər yekunlaşır

“Azərbaycanda Elektron Hökumət üçün Təlim Mərkəzinin yaradılması Layihəsi" ilə bağlı işlər yekunlaşır İşlər koreyalı mütəxəsislər tərəfindən həyata keçirilir
İKT
25 Avqust , 2014 14:15
“Azərbaycanda Elektron Hökumət üçün Təlim Mərkəzinin yaradılması Layihəsi ilə bağlı işlər yekunlaşır
Bakı. 25 avqust.REPORT.AZ/ Koreya Beynəlxalq Əməkdaşlıq Agentliyinin (KOICA) “Azərbaycanda Elektron Hökumət üçün Təlim Mərkəzinin yaradılması Layihəsi" çərçivəsində görülən işlər yekun mərhələsindədir.

Rabitə və Yüksək Texnologiyalar Nazirliyindən "Report"a verilən məlumata görə, artıq Koreyadan Azərbaycana ezam edilmiş mütəxəssislər tərəfindən Bakı şəhəri ilə yanaşı, Naxçıvan, Gəncə, Sumqayıt, Mingəçevir, Bərdə, Qazax, Zaqatala, Lənkəran, İmişli, Qəbələ, Göyçay, Şirvan, Qusar, Şamaxı və Şəki şəhər və rayonlarında telekommunikasiya qovşaqlarının binasında Təlim mərkəzlərinin yaradılması üçün avadanlığın qurulması işlərini başa çatdırıblar. Mütəxəssislər təlim mərkəzlərinin zəruri İT avadanlıqla təmin edilməsi ilə paralel mərkəzlərdə çalışacaq mütəxəssislərin zəruri bilik və bacarıqlarının artırılması işlərini də həyata keçirirlər. Koreyalı mütəxəssislər regionlarda yerli təlim mərkəzlərində quraşdırılmış avadanlığın statusunu təftiş edərək Bakı Təlim Mərkəzi ilə şəbəkələrin yoxlanılmasını həyata keçirirlər.

Xatırladaq ki, “Azərbaycanda Elektron Hökumət üçün Təlim Mərkəzinin yaradılması Layihəsi" ilə bağlı Koreya Xarici İşlər Nazirliyi və Azərbaycan Rabitə və İnformasiya Texnologiyaları Nazirliyi arasındakı qrant razılaşması 2013-cü il aprelin 18-də Koreya Respublikasının Azərbaycandakı səfiri Çoi Suk İnn və rabitə və informasiya texnologiyaları naziri Əli Abbasov tərəfindən imzalanıb. Ümumilikdə 3,7 mln. ABŞ dolları məbləğində büdcəyə malik olan bu layihə KOICA tərəfindən həyata keçirilir. Layihənin məqsədi elektron təhsil informasiya sisteminin yaradılması, mərkəzi və regional e-hökumət təlim mərkəzinin qurulmasına dəstək verilməsi, informasiya texnologiyaları avadanlığının təchiz edilməsi, azərbaycanlı dövlət qulluqçularının İKT potensialının artırılması, İKT və e-hökumət potensialının təşviq olunmasıdır.

Son xəbərlər

Orphus sistemi