“Aztelekom” Xaçmazda 4G texnologiyasının tətbiqinə başlayıb

“Aztelekom” Xaçmazda 4G texnologiyasının tətbiqinə başlayıb Xaçmaz. 3 aprel .REPORT.AZ/ Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin Aztelekom Məhdud Məsuliyyətli Cəmiyyəti Xaçmazda 4G texnologiyasının tətbiqinə başlayıb.
İKT
164
3 Aprel , 2018 20:51
“Aztelekom” Xaçmazda 4G texnologiyasının tətbiqinə başlayıb

Xaçmaz. 3 aprel .REPORT.AZ/ Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin "Aztelekom" Məhdud Məsuliyyətli Cəmiyyəti Xaçmazda 4G texnologiyasının tətbiqinə başlayıb.

"Report"un Şimal bürosunun məlumatına görə, pilot layihə olaraq rayonun Hülövlü və Qaraçı kəndlərində simsiz şəbəkə qurulub, sakinlərin evlərində qəbuledici avadanlıq quraşdırılıb. 

Bu, abunəçilərin internetlə yanaşı, digər multimedia xidmətlərindən istifadəsinə də imkan yaradır.

“Aztelekom” MMC-nin şöbə müdiri Emin Quliyev bildirib ki, regionlarda yeni texnologiyaların tətbiqi ilə telekommunikasiya infrastrukturunu müasirləşdirilməsi istiqamətində görülən işlər çərçivəsində ötən ilin sonunda başlanan pilot layihə müsbət nəticələrlə sona çatdırılıb: “Hazırda Xaçmaz rayonunun iki kəndində simsiz şəbəkə istifadəyə verilib. Quraşdırılan avadanlıqlar vasitəsilə abunəçilərimizə 100 Mbit/san sürətlə internet vermək mümkündür. Bu da imkan yaradacaq ki, müştəri internet xidməti ilə yanaşı, digər İP xidmətlərindən də rahat istifadə edə bilsin. Gələcəkdə telefonlaşması çətin olan digər bölgələrimizdə də bu istiqamətdə işlərimiz davam etdiriləcək”.

Son xəbərlər

Orphus sistemi