"Aztelekom” daha bir neçə rayonda LTE şəbəkəsi quracaq

"Aztelekom” daha bir neçə rayonda LTE şəbəkəsi quracaq Bakı. 6 dekabr. REPORT.AZ/ Gələn il üçün Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinə məxsus “Aztelekom” MMC daha bir neçə rayonda LTE (Long-Term Evolution - Uzunmüddətli İnkişaf) şəbəkənin tətbiqini planlaşdırır.
İKT
6 Dekabr , 2018 10:17
Aztelekom” daha bir neçə rayonda LTE şəbəkəsi quracaq
0 : 00
0 : 00

Bakı. 6 dekabr. REPORT.AZ/ Gələn il üçün Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinə məxsus “Aztelekom” MMC daha bir neçə rayonda LTE (Long-Term Evolution - Uzunmüddətli İnkişaf) şəbəkənin tətbiqini planlaşdırır. 

Bu barədə “Report”a açıqlamasında şirkətin şöbə müdiri Emin Quliyev məlumat verib. 

Onun sözlərinə görə, hazırda həmin rayonlar dəqiqləşdirilir. 

"Bu həm tələbatdan, həm də relyefdən asılıdır. Elə yerlər var ki, orada daha çox iş görmək lazımdır, ola bilsin biz gələn il üçün yox, növbəti il üçün həmin regionları seçdik. Bilirsiniz ki, ötən il Xaçmazın Hülövlü və Qaraçılar kəndlərini LTE xidmətlərinə qoşmuşduq. Hazırda bu kəndin sakinləri 4-cü nəsil internetdən istifadə edirlər”, - E.Quliyev qeyd edib. 

“Aztelekom” rəsmisi təmsil etdiyi qurumun “Bakutel-2018” – 24-cü Azərbaycan Beynəlxalq Telekommunikasiya, İnnovasiya və Yüksək Texnologiyalar Sərgisində iştirakı barədə danışıb: "Hər il olduğu kimi bu il də ənənəvi sərgiyə qoşulmuşuq və yeni konsepsiya ilə iştirak edirik. Sərgidə "Aztelekom"un stendi 3 zonaya ayrılıb. Bunlar ev, ofis və bağlardır. Şirkət evlərdə telefon, internet IPTV xidmətləri, ofislərdə yüksək sürətli internetlə yanaşı IP telefon və SIP-telefoniya xidmətləri, parklarda pulsuz Wi-Fi xidməti, regionlarda isə LTE xidməti göstərir”.

Son xəbərlər

Orphus sistemi