“Azstatenet” şəbəkəsində I rübdə 148 milyon zərərli keçid müəyyənləşdirilib

“Azstatenet” şəbəkəsində I rübdə 148 milyon zərərli keçid müəyyənləşdirilib Bu ilin I rübündə Azərbaycanın dövlət qurumlarının kibertəhlükəsizliyinin təmin edilməsi üçün yaradılmış “Azstatenet” şəbəkəsində yeni nəsil mühafizə sistemləri vasitəsi ilə 148 milyon 130 min zərərli keçid müəyyən edilib.
İKT
26 Aprel , 2023 12:09
“Azstatenet” şəbəkəsində I rübdə 148 milyon zərərli keçid müəyyənləşdirilib

Bu ilin I rübündə Azərbaycanın dövlət qurumlarının kibertəhlükəsizliyinin təmin edilməsi üçün yaradılmış “Azstatenet” şəbəkəsində yeni nəsil mühafizə sistemləri vasitəsi ilə 148 milyon 130 min zərərli keçid müəyyən edilib.

"Report" xəbər verir ki, bunu Avropa İttifaqının və Avropa Şurasının birgə açıqladığı “Azərbaycanda kibercinayət və kibertəhlükəsizlik barometri” analitik hesabatının təqdimatında Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Xidmətinin Baş İdarə rəisi Azər Əhədov bildirib.

Bundan başqa, onun sözlərinə görə, ötən il 1 milyona yaxın zərərverici virus bloklanıb: “O cümlədən 906 600 zərərverici virus mərkəzləşdirilmiş antivirus sistemi vasitəsi ilə bloklanıb, 29 700 virus tərkibli sənəd isə xüsusi “Sandbox” fayl sistemi vasitəsilə aşkarlanaraq dövlət qurumlarına göndərilməsinin qarşısı alınıb. Yanvar-mart aylarında dövlət qurumları üçün yaradılmış mərkəzləşdirilmiş poçt sistemi vasitəsi ilə 7 milyon 839 min elektron poçt emal olunub, onlarda 6 milyon 908 mini istifadəçilərə çatdırılıb, 816 min zərərli tərkibi olduğu üçün bloklanıb, 115 mini isə şübhəli olduğu üçün karantinə alınıb”.

Son xəbərlər

Orphus sistemi