AZSTAND və AİKTSA arasında Anlaşma Memorandumu imzalanacaq

AZSTAND və AİKTSA arasında Anlaşma Memorandumu imzalanacaq İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətinin tabeliyində olan Azərbaycan Standartlaşdırma İnstitutu (AZSTAND) ilə “Azərbaycan İnformasiya və Kommunikasiya Texnologiyaları Sənayesi Assosiasiyası” (AIKTSA) İctima
İKT
20 Sentyabr , 2022 10:26
AZSTAND və AİKTSA arasında Anlaşma Memorandumu imzalanacaq

İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətinin tabeliyində olan Azərbaycan Standartlaşdırma İnstitutu (AZSTAND) ilə “Azərbaycan İnformasiya və Kommunikasiya Texnologiyaları Sənayesi Assosiasiyası” (AIKTSA) İctimai Birliyi arasında Anlaşma Memorandumu imzalanacaq.

"Report"un məlumatına görə, bununla bağlı razılıq iki qurumun keçirdiyi görüşdə əldə olunub.

ASTAND-ın baş direktoru İlham Bayramov ölkədə standartlaşdırma sisteminin inkişafı, müasir tələblərə uyğunlaşdırılması üçün görülən işlər barədə məlumat verib. O, qeyd edib ki, ASTAND-ın əsas hədəfi milli standartlaşdırma sisteminin beynəlxalq tələblərə uyğunlaşdırılmasına, məhsulların təhlükəsizliyinin, keyfiyyətinin, rəqabətqabiliyyətinin və ixrac potensialının artırılmasına nail olmaq, əsas məqsədləri isə məhsul və xidmətlərin sərbəst hərəkəti üçün şərait yaradılması, daxili və xarici bazarda rəqabətə davamlılığı artırmaq məqsədi ilə məhsullar, xidmətlər və personalın təkmilləşdirilməsi, məhsulun keyfiyyətinin və xidmət səviyyəsinin, personalın səriştəliliyinin yüksəldilməsi, regional və beynəlxalq standartlaşdırmaya münasibətdə milli iqtisadiyyatın maraqlarının əks etdirilməsi, innovasiyaların səmərəli tətbiqinin və yüksək texnologiyalı malların istehsalının dəstəklənməsi üçün yüksək keyfiyyətli standartların hazırlanmasıdır.

"Məqsədimizə nail olmaq üçün aktiv şəkildə Beynəlxalq Standartlaşdırma Təşkilatı (İSO), Beynəlxalq Elektrotexnika Komissiyası (İEC), Avropa Standartlaşdırma Komitəsi (CEN) və digər beynəlxalq və regional standartlaşdırma təşkilatları və xarici ölkələrin milli standartlaşdırma orqanları ilə sıx əməkdaşlıq edirik", - deyə İ.Bayramov əlavə edib.

AİKTSA-nın İdarə Heyətinin sədri Elvin Abbasov isə deyib ki, görüşün əsas məqsədi İKT sahəsində fəaliyyət göstərən yerli şirkətlərin inkişafına töhfə vermək, İKT sahəsində tətbiq edilən standartlar baradə ətraflı məlumat əldə etmək həmçinin gələcəkdə tətbiq ediləcək standartların normativləri haqqında ümumi bilgi almaqdan ibarətdir.

Görüşdə həmçinin iki qurum arasında imzalanacaq Anlaşma Memorandumu və Fəaliyyət Planı çərçivəsində həyata keçiriləcək işlər müzakirə edilib.

Son xəbərlər

Orphus sistemi