azranking.az portalının istifadəçilərinin sayı 87 % artıb

azranking.az portalının istifadəçilərinin sayı 87 % artıb Azərbaycanda Biznes mühiti və beynəlxalq reytinqlər üzrə Komissiyanın internet portalı (https://azranking.az/) innovativ alətlər və rəqəmsal həllərin tətbiqi ilə daha da təkmilləşdirilib
İKT
12 İyun , 2024 13:29
azranking.az portalının istifadəçilərinin sayı 87 % artıb

Azərbaycanda Biznes mühiti və beynəlxalq reytinqlər üzrə Komissiyanın internet portalı (https://azranking.az/) innovativ alətlər və rəqəmsal həllərin tətbiqi ilə daha da təkmilləşdirilib.

“Report”un Komissiyaya istinadən verdiyi məlumata görə, ölkənin əlverişli biznes mühitinə dair qanunvericilik aktları və həyata keçirilən iqtisadi islahatlara dair ətraflı məlumatların əks olunduğu portalın istifadəçilərinin sayı əhəmiyyətli şəkildə artmaqdadır.

Belə ki, “Google Analytics” proqramı vasitəsilə aparılmış təhlilin nəticələrinə əsasən, təkcə 2024-cü ilin may ayı ərzində 3 500-dən çox istifadəçi portaldan aktiv istifadə edib ki, bu da ötən ilin eyni dövrü ilə müqayisədə 87 % çoxdur. Qeyd olunan dövrdə ümumi istifadəçilərin 85 %-i Azərbaycandan, digər 15 % isə 70 ölkədən portala daxil olub.

İstifadəçilər Portalın rəqəmsal imkanları vasitəsilə qanunvericilik təşəbbüslərində iştirak edərək təkliflərini təqdim edə, “Benchmarking” sistemi vasitəsilə beynəlxalq reytinqlər üzrə vizual təhlillər apara bilərlər. Eyni zamanda, Portalda biznes sahələri üzrə qanunvericilik aktları, həmçinin Komissiyanın fəaliyyəti çərçivəsində hazırlanan layihələr və biznes mühiti ilə bağlı ən son yeniliklər barədə məlumatlarla tanış olmaq olar.

Qeyd edək ki, Biznes mühiti və beynəlxalq reytinqlər üzrə Komissiyanın internet portalı Azərbaycan Prezidentinin 27 avqust 2018-ci il tarixli 431 nömrəli Sərəncamına əsasən yaradılıb.

Son xəbərlər

Orphus sistemi