“AzInTelecom”un xalis mənfəəti 63 % artıb

“AzInTelecom”un xalis mənfəəti 63 % artıb Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinə məxsus “AzInTelecom” MMC 2020-ci ili 71,21 milyon manat xalis mənfəətlə başa vurub.
İKT
14 Yanvar , 2022 16:44
“AzInTelecom”un xalis mənfəəti 63 % artıb

Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinə məxsus “AzInTelecom” MMC 2020-ci ili 71,21 milyon manat xalis mənfəətlə başa vurub.

“Report” şirkətin maliyyə hesabatına istinadən xəbər verir ki, bu, 2019-cu illə müqayisədə 63,2 % çoxdur.

2020-ci ildə “AzInTelecom”un göstərdiyi xidmətlərdən gəlirləri 476,437 milyon manat (2019-cu ilə nisbətən 3,3 % çox), xidmətlərinin maya dəyəri 261,024 milyon manat (5,1 % çox), ümumi və inzibati xərcləri 105,574 milyon manat (12 % az), debitor borclar üzrə ayırmaları 1,473 milyon manat (37,2 % az), maliyyə gəlirləri 2,876 milyon manat (1,3 % az), maliyyə xərcləri 31,317 mln manat ( 4,2 % az), xarici valyutaların mübadiləsindən gəlirləri 35,4 milyon manat (83,4 % çox), digər gəlirləri 1,482 milyon manat (8 % çox), digər xərcləri 1,771 milyon manat (66,4 % çox), vergidən azadolma üzrə gəlirləri 14,363 milyon manat (əvvəlki il olmayıb), mənfəət vergisi ödəmələri isə 58,188 milyon manat (48 % çox) təşkil edib.

Ötən il yanvarın 1-nə “AzInTelecom”un aktivləri 1 268,031 milyon manat olub ki, bu da illik müqayisədə 13,6 % azdır. Hesabat dövründə şirkətin öhdəlikləri 34,5% azalaraq 467,483 milyon manata düşüb, balans kapitalı isə 6,3 % artaraq 800,547 milyon manata çatıb.

Xatırladaq ki, "AzInTelecom" 2015-ci ildə yaradılıb. Onun nizamnamə kapitalı 8 min manatdır. Şirkətin fəaliyyət istiqamətləri Azərbaycan və xarici ölkələr arasında beynəlxalq səs trafikinin mübadiləsinin təşkili, Azərbaycana idxal olunan telekommunikasiya vasitələrinin sertifikatlaşdırılması və yeni yaradılmış Data Mərkəzi nəzdində "İnfrastruktur Xidmət kimi" (IaaS) əsaslı xidmətlərdən ibarətdir.

“AzInTelecom” “Azercell Telecom” MMC-nin əsas təsisçisidir.

Son xəbərlər

Orphus sistemi