“AzIntelecom” onlayn konfrans təşkil edəcək

“AzIntelecom” onlayn konfrans təşkil edəcək Tədbir aprelin 14-ü saat 11:00-da “Sizin plan B: biznesin davamlılığı” adı ilə baş tutacaq
İKT
17 Mart , 2021 15:38
“AzIntelecom” onlayn konfrans təşkil edəcək

Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinə məxsus “AzInTelecom” MMC aprelin 14-ü saat 11:00-da “Sizin plan B: biznesin davamlılığı” adlı onlayn konfrans təşkil edəcək.

Bu barədə “Report”a Nazirliyin Mətbuat xidmətindən bildirilib.

Məlumata görə, “Microsoft Teams” rəqəmsal platforma vasitəsilə keçiriləcək konfrans “Biznes dayanıqlılığı – davamlılıq yanaşması”, “Veeam ilə qəza hallarının bərpası və bulud məlumatlarının idarə edilməsinə ümumi baxış”, “Yeni normalara uyğun kiberdavamlılıq” və “Biznesin davamlılığına doğru 10 addım” kimi aktual mövzuları özündə cəmləşdirir.

Konfransın əsas məqsədi Azərbaycanda dövlət və özəl qurumların fəaliyyətlərində yarana biləcək potensial xətalardan müdafiə, onların yaranma ehtimalının azaldılması və bərpası məqsədilə biznesin davamlılığı prinsipləri ilə tanışlıq və dayanıqlılıq yanaşmasının təbliğidir.

Dövlət və özəl qurumların rəhbərləri, biznesin davamlılığı üzrə menecerlər, risklərin idarə edilməsi üzrə mütəxəssislər tədbirə qoşulmağa dəvət olunur. Onlayn konfransda “AzInTelecom” MMC ilə yanaşı, “DNV GL”, “Veeam Software” və “Palo Alto Networks” şirkətlərinin rəhbər vəzifəli şəxsləri spiker qismində çıxış edəcəklər.

İngilis dilində keçiriləcək tədbirdə iştirak üçün bu link (https://forms.gle/PfGcywtvkWEEcMtMA) vasitəsilə 14 aprel saat 10:00-dək qeydiyyatdan keçmək mümkündür.
Qeyd edək ki, “AzInTelecom” MMC “Biznesin davamlılığı idarəetmə sistemi standartı (ISO 22301)” sertifikatına layiq görülmüş ilk Azərbaycan şirkətidir. Qurum sertifikatın əldə olunması üçün Norveçin “DNV GL” şirkəti tərəfindən aparılan müstəqil auditdən keçib. Bu sertifikat “AzInTelecom” və onun Data Mərkəzi əsasında xidmət göstərən “AZCLOUD” bulud həllərinin əlverişsiz şəraitdə də fəaliyyətini davam etdirməsinin mümkünlüyünü təsdiq edir.

Xatırladaq ki, “AzInTelecom” Azərbaycan və Cənubi Qafqazda “Tier 3”, informasiya texnologiyaları xidmətləri (ISO 20000), biznesin davamlılığı (ISO 22301) və informasiya təhlükəsizliyi (ISO 27001) üzrə idarəetmə sistemi standartları sertifikatlarına malik ilk Data Mərkəzi əsasında “AZCLOUD” bulud xidmətləri göstərir.

Son xəbərlər

Orphus sistemi