"AzİnTelecom" tender keçirir

"AzİnTelecom" tender keçirir Cəmiyyət təsərrüfat avadanlıqları axtarır
İKT
355
10 Fevral , 2017 10:44
AzİnTelecom tender keçirir

Bakı. 10 fevral. REPORT.AZ/ Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin "AzİnTelecom" MMC açıq tender elan edib. "Report"un rəsmi mətbuatda dərc edilən məlumata istinadən verdiyi xəbərə görə, tender 3 lot üzrə keçirilir. Tenderdə dəftərxana ləvazimatları, təsərrüfat və elektrik malları, təmizlik vasitələrinin alınması nəzərdə tutulub. Hər lot üzrə iştirak haqqı 200 manat təşkil edir.

İddiaçılar tenderdə iştirak etmək üçün zəruri sənədləri (tender təklifi və bank təminatı istisna olmaqla) 15 mart saat 17:00-dək, tender təklifi və bank təminatı isə 28 mart saat 17:00-dək Bakı şəhəri, Ə.Hüseynzadə küçəsi,74 ünvanına təqdim etməlidirlər.

Tender prosedurunda iddiaçıların səlahiyyətli nümayəndələri iştirak edə bilərlər.

Son xəbərlər

Orphus sistemi