“Azərsu” ASC onlayn müraciətlərin qəbuluna başlayıb

“Azərsu” ASC onlayn müraciətlərin qəbuluna başlayıb Koronavirus (COVİD-19) infeksiyasının yarada biləcəyi təhlükələrin qarşısının alınması məqsədilə “Azərsu” ASC tərəfindən zəruri tədbirlərin icrası davam etdirilir.
İKT
429
20 Mart , 2020 14:50
“Azərsu” ASC onlayn müraciətlərin qəbuluna başlayıb

Koronavirus (COVİD-19) infeksiyasının yarada biləcəyi təhlükələrin qarşısının alınması məqsədilə “Azərsu” ASC tərəfindən zəruri tədbirlərin icrası davam etdirilir.

“Report” bu barədə ASC-yə istinadən xəbər verir.

Məlumata görə, Nazirlər Kabineti yanında Operativ Qərargahın tapşırıqlarına uyğun olaraq, “Azərsu” ASC-də vətəndaşların müraciətlərinin qəbulu rejiminə müvafiq dəyişikliklər edilib.

Vətəndaş qəbuluna müvəqqəti məhdudiyyətlərin tətbiqi ilə əlaqədar müraciətlərin internet vasitəsilə "Skype” proqramı üzərindən aparılması xidməti təşkil olunub. Proqrama daxil olan vətəndaşlar aşağıda qeyd olunan ünvanlara qoşulmaqla müraciət edə bilərlər. "Skype” vasitəsilə videoqəbul 20-28 mart 2020-ci il tarixlərində saat 10:00-dan 16:00-dək aparılacaqdır.

Bundan başqa, “Whatsapp" xidməti vasitəsilə də müraciətlərin qəbuluna start verilib. Vətəndaşların hər hansı bir sualı yaranarsa, (+99 455) 209-95-59 nömrəsi vasitəsilə istənilən vaxt “Azərsu” ASC-yə müraciət edə bilərlər.

Qeyd edək ki, vətəndaşlar müraciətlərini telefon rabitəsi (431-47-67, daxili 12-20, 11-92) və elektron qaydada (www.azersu.az rəsmi internet səhifəsinin onlayn çat və elektron xidmətlər bölməsi) ünvanlaya bilərlər.

Təşkilatın adı “Skype” ünvanı
“Azərsu” ASC-nin Aparatı azersu.aparat1, azersu.aparat2, azersu.aparat3
Sabunçu Sukanal İdarəsi Sabuncu.Sukanal
Suraxanı Sukanal İdarəsi Suraxani.Sukanal
Xəzər Sukanal İdarəsi Xezer.Sukanal
Nizami Sukanal İdarəsi Nizami.Sukanal
Nəsimi Sukanal İdarəsi Nəsimi.Sukanal
Səbail Sukanal İdarəsi Sebail.Sukanal
Yasamal Sukanal İdarəsi Yasamal.Sukanal
Xətai Sukanal İdarəsi Xatai.Sukanal
Nərimanov Sukanal İdarəsi Narimanov.Sukanal
Binəqədi Sukanal İdarəsi Binaqadi.Sukanal
Qaradağ Sukanal İdarəsi Qaradağ.Sukanal
Abşeron Sukanal İdarəsi Absheron.Sukanal
Sumqayıt Sukanal İdarəsi Sumqayit.Sukanal
Bağlar Sukanal İdarəsi Baglar.Sukanal

Son xəbərlər

Orphus sistemi