“Azərpoçt” və Mediasiya Şurası əməkdaşlıq edəcək

“Azərpoçt” və Mediasiya Şurası əməkdaşlıq edəcək Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinə məxsus “Azərpoçt” MMC Mediasiya Şurasına korporativ xidmət göstərəcək.
İKT
7 İyul , 2023 12:01
“Azərpoçt” və Mediasiya Şurası əməkdaşlıq edəcək

Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinə məxsus “Azərpoçt” MMC Mediasiya Şurasına korporativ xidmət göstərəcək.

“Report” bu barədə şirkətə istinadən xəbər verir.

Bununla bağlı tərəflər arasında əməkdaşlıq müqaviləsi imzalanıb. Sənədi “Azərpoçt”un İdarə Heyətinin (İH) sədri Əfqan Cəlilov və Mediasiya Şurasının İH-nin sədri Nadir Adilov imzalayıb.

Əməkdaşlıq nəticəsində mediasiya proseslərinin yekun nəticəsi olan sənədlərin dəqiq uçotunun aparılması, sənədlərin, sazişlərin mötəbərliliyinin artırılması üçün “Azərpoçt”un istehsal etdiyi holoqramlardan Mediasiya Şurası istifadə edəcək. Holoqramlar mediasiya proseslərində iştirak edən tərəflərə təqdim ediləcək yekun sənədlərdə (İlkin mediasiya sessiyasından sonra prosesin davam etdirilə bilməməsi barədə arayış, Mediasiya sessiyasında iştirak edilməməsi barədə arayış, Barışıq sazişi və digər sənədlər) istifadə olunacaq. Xüsusi kodlarla nömrələnmiş holoqramın fərqliliyi onların təkrarlana bilməməsindədir.

“Azərpoçt” yazılı poçt göndərişlərinin mötəbərliliyinin qorunmasının təmini məqsədilə digər qurumlara da bu kimi xüsusi buraxılışlı holoqram və yaxud nömrəli markaların istehsalı ilə bağlı xidmət göstərir.

Son xəbərlər

Orphus sistemi