​"Azərpoçt" Rusiya şirkəti ilə əməkdaşlığını genişləndirəcək

​"Azərpoçt" Rusiya şirkəti ilə əməkdaşlığını genişləndirəcək Bu məqsədlə milli poçt şirkəti rusiyalı tərəfdaşının konfransında iştirak edəcək
İKT
200
8 Sentyabr , 2015 11:51
​Azərpoçt Rusiya şirkəti ilə əməkdaşlığını genişləndirəcək

Bakı. 8 sentyabr. REPORT.AZ/ Sentyabrın 18-21-də Soçi şəhərində (Rusiya) “Colvir Software Solutions” şirkətinin yaranmasının 15 illiyinə həsr olunmuş yubiley konfransı keçiriləcək. Konfransda Azərbaycanı “Azərpoçt” MMC-nin baş direktorunun müavini Nazim Süleymanov təmsil edəcək.

Şirkət 2009-cu ildən Azərbaycanda öz sistemini uğurla tətbiq edib. Qarşılıqlı əməkdaşlıq sayəsində şəbəkənin tam elektronlaşdırılması, bank, maliyyə və poçt göndərişlərinin bu şəbəkə üzərindən idarə olunması təmin edilib.

Şirkət yarandığı vaxtdan davamlı iqtisadi artım nümayiş etdirir. “Colvir Software Solutions” şirkəti 2010-2011-ci illərdə dünyada dinamik inkişaf edən şirkətlərin siyahısında ilk yeri tutub.

Gələcək perspektivlərdə Azərbaycan tərəfi şirkətlə əməkdaşlıq əlaqələrini daha da genişləndirmək niyyətindədir.

Son xəbərlər

Orphus sistemi