"Azərmarka" BMT-nin 75 illiyi münasibətilə poçt markası dövriyyəyə buraxıb

"Azərmarka" BMT-nin 75 illiyi münasibətilə poçt markası dövriyyəyə buraxıb Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin tabeliyində fəaliyyət göstərən “Azərmarka” MMC Birləşmiş Millətlər Təşkilatının (BMT) 75 illiyi münasibətilə poçt markası dövriyyəyə buraxıb.
İKT
26 Oktyabr , 2020 12:56
Azərmarka BMT-nin 75 illiyi münasibətilə poçt markası dövriyyəyə buraxıb

Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin tabeliyində fəaliyyət göstərən “Azərmarka” MMC Birləşmiş Millətlər Təşkilatının (BMT) 75 illiyi münasibətilə poçt markası dövriyyəyə buraxıb.

Bu barədə “Report”a Nazirlikdən məlumat verilib.

Markanın üzərində 75 rəqəmi BMT-nin Nyu-Yorkdakı mənzil-qərargahı qarşısında ucaldılmış “Zorakılığa yox” adlı heykəl formasında təsvir edilib.

Belarusun Bobruysk şəhərində 5 min tirajla çap olunan markanın müəllifi “Azərmarka”nın baş rəssamı Vüqar Əyyubovdur.

Bununla yanaşı, 200 ədəd Birinci gün zərfi də hazırlanıb.

Son xəbərlər

Orphus sistemi