“Azərkosmos”un yığılmış zərəri 313 milyon manatı keçib

“Azərkosmos”un yığılmış zərəri 313 milyon manatı keçib Əvvəlki illərdə olduğu kimi, ötən il də şirkətin öhdəlikləri aktivlərini üstələyib.
İKT
3 İyun , 2019 09:52
“Azərkosmos”un yığılmış zərəri 313 milyon manatı keçib

Əvvəlki illərdə olduğu kimi, ötən il də şirkətin öhdəlikləri aktivlərini üstələyib.

Azərkosmos” ASC-nin cəmi aktivləri bu il yanvarın 1-nə 653,632 milyon manat təşkil edib.

“Report” şirkətin maliyyə hesabatına istinadən xəbər verir ki, bu, ötən il yanvarın 1-i ilə müqayisədə 3,3% azdır.

2018-ci ildə “Azərkosmos”un cəmi öhdəlikləri 8,7% azalaraq 740,868 milyon manata, cəmi kapitalındakı çatışmazlıq isə 35,65% azalaraq 87,236 milyon manata düşüb. Əvvəlki il olduğu kimi, ötən il də şirkətin öhdəlikləri aktivlərini üstələyib.

2018-ci ildə “Azərkosmos”un satışdan gəlirləri 36,812 milyon manat (0,7% az), xidmətlərinin maya dəyəri 35,914 milyon manat (6,5% çox), ümumi və inzibati xərcləri 8,476 milyon manat (2,8% çox), maliyyə xərcləri 7,451 milyon manat (46% az), maliyyə gəlirləri 4,754 milyon manat (8,7% az), digər gəlirləri 3,813 milyon manat (bundan əvvəl xərc olub) təşkil edib.

Son nəticədə “Azərkosmos” ötən ili 6,462 milyon manat zərərlə başa vurub. Bu, əvvəlki ilə nisbətən 59,85% azdır. Bununla belə, şirkətin yığılmış zərəri 1,6% artaraq 313,191 milyon manat olub.

Xatırladaq ki, “Azərkosmos” 2011-ci ildə yaradılıb. Onun nizamnamə kapitalı 63 610,6 min manatdır. 

Son xəbərlər

Orphus sistemi