"Azərkosmos"un ixrac gəlirləri 4% artıb

"Azərkosmos"un ixrac gəlirləri 4% artıb 2020-ci ildə “Azərkosmos” ASC 33 ölkəyə 45,1 milyon ABŞ dolları dəyərində peyk telekommunikasiya və optik peyk xidmətləri ixrac edib.
İKT
29 Yanvar , 2021 10:56
Azərkosmosun ixrac gəlirləri 4% artıb

2020-ci ildə “Azərkosmos” ASC 33 ölkəyə 45,1 milyon ABŞ dolları dəyərində peyk telekommunikasiya və optik peyk xidmətləri ixrac edib.

"Report" bu barədə İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin açıqladığı "İxrac icmalı"nın yanvar sayına istinadən xəbər verir.

Sənədə əsasən, bu, 2019-cu illə müqayisədə müvafiq olaraq 6 ölkə və 1,7 milyon dollar (4%) çoxdur.

İl ərzində "Azərkosmos”un ixrac gəlirləri onun ümumi gəlirlərinin 90%-ni təşkil edib.

Ötən ilin dekabr ayında isə səhmdar cəmiyyəti 23 ölkəyə 3,8 milyon dollar dəyərində xidmət ixrac edib ki, bu da əvvəlki ilin eyni dövrünə nisbətən müvafiq olaraq 1 ölkə və 0,9 milyon dollar (31%) çoxdur.

2020-ci il ərzində “Azərkosmos”un xidmət ixrac etdiyi əsas ölkələr ABŞ, Birləşmiş Krallıq, Fransa, Malayziya, ABŞ və BƏƏ olub.

Son xəbərlər

Orphus sistemi