"Azərkosmos"un ixrac gəlirləri 2% artıb

"Azərkosmos"un ixrac gəlirləri 2% artıb Bu ilin yanvar-mart aylarında “Azərkosmos” ASC 27 ölkəyə 10,6 milyon ABŞ dolları dəyərində peyk telekommunikasiya və optik peyk xidmətləri ixrac edib
İKT
29 Aprel , 2021 10:17
Azərkosmosun ixrac gəlirləri 2% artıb

Bu ilin yanvar-mart aylarında “Azərkosmos” ASC 27 ölkəyə 10,6 milyon ABŞ dolları dəyərində peyk telekommunikasiya və optik peyk xidmətləri ixrac edib.

"Report" xəbər verir ki, bu barədə İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin "İxrac icmalı"nda bildirilir.

Məlumata görə, bu, ötən ilin eyni dövrü ilə müqayisədə müvafiq olaraq 3 ölkə (12,5%) və 0,2 milyon dollar (2%) çoxdur.

Hesabat dövründə “Azərkosmos”un xidmət ixracından əldə etdiyi gəlir onun ümumi gəlirlərinin 89%-ni təşkil edib. Bu isə 1 il əvvələ nisbətən 1 faiz bəndi çoxdur.

Təkcə martda isə “Azərkosmos” 26 ölkəyə 2,1 milyon dollarlıq xidmət ixrac edib.

Qurumun xidmətnin əsas idxalçıları Böyük Britaniya, Fransa, ABŞ, BƏƏ və Pakistan olub.

Son xəbərlər

Orphus sistemi