Bu ilin yanvar-oktyabr aylarında “Azərkosmos” ASC 30 ölkəyə 37,8 milyon ABŞ dolları dəyərində peyk telekommunikasiya və optik peyk xidmətləri ixrac edib.
"Report" bu barədə İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin açıqladığı "İxrac icmalı"nın noyabr sayına istinadən xəbər verir.
Sənədə əsasən, bu, bu ötən ilin eyni dövrü ilə müqayisədə müvafiq olaraq 4 ölkə və 0,3 milyon dollar (0,8%) çoxdur.
“Azərkosmos”un ixracdan gəlirləri onun ümumi gəlirlərinin 90 %-ni təşkil edib.
2020-ci ilin oktyabr ayında isə “Azərkosmos” 21 ölkəyə 6,9 milyon ABŞ dolları dəyərində xidmət ixrac edib ki, bu da 2019-cu ilin eyni dövrünə nisbətən mübafiq olaraq 2 ölkə və 0,3 milyon dollar (4,2%) azdır.
10 ay ərzində “Azərkosmos”un xidmət ixrac etdiyi əsas ölkələr ABŞ, Böyük Britaniya, Fransa, Malayziya və BƏƏ olub.