Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi yanında Kosmik Agentlik ("Azərkosmos") dəyəri 80 milyon ABŞ dolları olan “Azerspace-1” peykinin sığortalanması ilə bağlı elan etdiyi açıq tenderə yekun vurub.
"Report" dövlət satınalmalarının vahid internet portalına istinadən xəbər verir ki, tenderin qalibi “Paşa Sığorta" ASC-dir.
Qalib şirkətə 946,5 min manat ödəniləcək.
Xatırladaq ki, Azerspace-1” peyki 2013-cü ildə yerətrafı orbitə buraxılıb. “Azerspace -1”in istismar müddəti 17 ildir.
“Azerspace-1” rəqəmsal teleradio yayımı və internetə giriş xidmətləri təqdim edə, çoxxidmətli VSAT şəbəkələri yarada, məlumatları ötürə və hökumət rabitəsini təmin edə bilər. Onun əhatə dairəsi çox sayda bölgəni – Şərqi, Orta və Qərbi Afrikanı, Avropanı və Orta Asiyanı əhatə edir.