"Azərkosmos": "Məqsədimiz informasiya təhlükəsizliyini qorumaq olsa da, bununla məhdudlaşmadıq"

"Azərkosmos": "Məqsədimiz informasiya təhlükəsizliyini qorumaq olsa da, bununla məhdudlaşmadıq" "Təxminən 10 il bundan əvvəl "Azərkosmos" yarananda əsas məqsəd ölkənin informasiya təhlükəsizliyini qorumaq idi, amma biz bununla məhdudlaşmadıq".
İKT
4 Oktyabr , 2023 15:00
Azərkosmos: Məqsədimiz informasiya təhlükəsizliyini qorumaq olsa da, bununla məhdudlaşmadıq
Natəvan Həsənova

"Təxminən 10 il bundan əvvəl "Azərkosmos" yarananda əsas məqsəd ölkənin informasiya təhlükəsizliyini qorumaq idi, amma biz bununla məhdudlaşmadıq".

"Report" xəbər verir ki, bunu Bakıda keçirilən 74-cü Beynəlxalq Astronavtika Konqresi çərçivəsində baş tutmuş plenar sessiyada Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi yanında Kosmik Agentliyin ("Azərkosmos") Strategiya və biznesin inkişafı departamentinin direktoru Natəvan Həsənova bildirib.

"Məqsədlər mövcud tələblərə uyğun dəyişir. 2013-cü ilə qədər Azərbaycan kanalları başqa ölkələrin, yəni 3-cü tərəfin peyklərində yayımlanırdı. Hökumətin qərarı ilə regionda dayanıqlı inkişafı təmin etmək üçün milli telekommunikasiya peyki orbitə buraxıldı və bütün kanallar orada yayımlandı. Coğrafiyadan irəli gələn çağırışları nəzərə almaq, bölgədə davamlılığımızı təmin etmək üçün buna ehtiyacımız var idi. Biz bu cür fəaliyyətə başladıq, amma tədricən başqa səviyyəyə qalxdıq. Müxtəlif ölkələrə xidmət edən daha bir peyk buraxdıq. Buraya Afrika, Yaxın Şərq, Mərkəzi Asiya və Avropa ölkələri daxildir.

Telekommunikasiya sektoru ilə yanaşı, biz 2014-cü ildə Yerin müşahidə peykini orbitə buraxdıq və bununla bağlı konkret dövlət proqramı var idi. Bu çərçivədə Kənd Təsərrüfatı Nazirliyi, Ekologiya və Təbii Sərvətlər Nazirliyi ilə əməkdaşlıq edirik. Monitorinqlər aparıb müxtəlif qurumlarını məlumatlarla təmin edirik. Bunun əsasında isə onlar siyasətlərini formalaşdırır və qərar qəbul edə bilirlər. Ona görə deyərdim ki, biz bunların faydasını görürük. Və buna görə də bizim növbəti strategiyamız telekommunikasiya və yaxud müşahidə xidmətlərinin davamlılığını təmin etməkdir, ölkəmizdə ekosistem qurmaqda maraqlıyıq”, - deyə o qeyd edib.

Son xəbərlər

Orphus sistemi