"Azərkosmos" Kosmik Texnologiyalar Konfransında yeni əməkdaşlıqlara başlayıb

"Azərkosmos" Kosmik Texnologiyalar Konfransında yeni əməkdaşlıqlara başlayıb Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi yanında Kosmik Agentlik ("Azərkosmos") Türkiyənin paytaxtı Ankarada keçirilən Mərkəzi Asiya regionunun Kosmik Texnologiyalar Konfransında (STC2024) yeni kommersiya müqaviləsi imzalayıb.
İKT
26 Aprel , 2024 15:59
Azərkosmos Kosmik Texnologiyalar Konfransında yeni əməkdaşlıqlara başlayıb

Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi yanında Kosmik Agentlik ("Azərkosmos") Türkiyənin paytaxtı Ankarada keçirilən Mərkəzi Asiya regionunun Kosmik Texnologiyalar Konfransında (STC2024) yeni kommersiya müqaviləsi imzalayıb.

"Report" bu barədə quruma istinadən xəbər verir.

Məlumata görə, müqavilə Türkiyənin peyk operatoru “Türksat”la imzalanıb. Bu əməkdaşlıq sayəsində “Türksat” “Azerspace-2” peykinin resurslarından Afrika bölgəsində data layihələrində istifadə edəcək. Paralel olaraq Azərkosmos da “Türksat”ın yeni peyk texnologiyalarından faydalana biləcək.

Beynəlxalq konfransda iştirakçılar arasında “Türksat”, “Maxar”, “Axiom”, “Space”, “Eutelsat”, “İntelsat”, “Satvu”, “Uztelecom” və digər qlobal və regional kosmik şirkətlər yer alıb.

“STC 2024” proqramı çərçivəsində plenar sessiya və müzakirələr keçirilir. Konfransda “Mərkəzi Avrasiyanın kosmik ekosisteminin inkişafı və beynəlxalq əməkdaşlıq imkanları” adlı plenar sessiyada Azərkosmosun yeni peyk layihələri, iqlim dəyişikliyi üzrə hazırlanmış rəqəmsal platformasından bəhs olunub. Azərkosmosun əsas hədəflərindən biri də kosmik sahədə regional əməkdaşlığın gücləndirilməsi olduğu iştirakçıların diqqətinə çatdırılıb.

"Azərkosmos"la yanaşı, plenar sessiyada Türkiyənin “Türksat”, Pakistanın “SUPARCO”, Birləşmiş Ərəb Əmirliklərinin kosmik agentliyi, Özbəkistanın “Uzbekcosmos”, Qazaxıstanın Rəqəmsal İnkişaf, İnnovasiya və Aerkosmik Sənayesi Nazirliyinin rəhbərləri öz milli kosmik sektorlarının fəaliyyəti, inkişafı və beynəlxalq tərəfdaşlıqların genişləndirilməsi imkanları ilə bağlı məlumatları bölüşüblər.

Son xəbərlər

Orphus sistemi