Bu ilin yanvar-iyul aylarında “
“Report”un məlumatına görə, bu barədə İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin “İxrac İcmalı”nın 2019-ci ilin iyul sayında bildirilir.
Məlumata görə, ASC-nin xidmət ixracından əldə etdiyi gəlir onun ümumi gəlirlərinin 89%-ni təşkil edib.
“Təkcə iyulda isə “Azərkosmos” dünyanın 21 ölkəsinə 6,9 milyon dollar dəyərində xidmət ixrac edib. Qurumun 7 ay ərzində xidmət ixracı həyata keçirdiyi əsas ölkələr ABŞ, Fransa, Malayziya, Birləşmiş Krallıq, BƏƏ olub”, - deyə məlumatda bildirilir.