"Azərkosmos" Gürcüstan telekanalları ilə müqavilə imzalayıb

"Azərkosmos" Gürcüstan telekanalları ilə müqavilə imzalayıb Daha bir analoji müqavilə Türkiyənin "RS FM" radio kanalı ilə imzalanıb
İKT
4 Fevral , 2016 15:57
Azərkosmos Gürcüstan telekanalları ilə müqavilə imzalayıb

Bakı. 4 fevral. REPORT.AZ/ Cənubi Qafqazın yeganə peyk operatoru olan “Azərkosmos” ASC Gürcüstanın “Maestro” və “Saperavi” telekanalları ilə kommersiya yayımına dair müqavilə imzalayıb. “Report” Rabitə və Yüksək Texnologiyalar Nazirliyinə istinadən xəbər verir ki, bu müqavilələrə əsasən, kanallar bu ildən etibarən “Azerspace-1” peyki üzərindən 11095/H/27500 tezliyi ilə yayımlanır.

Eyni zamanda peyk operatoru Türkiyənin “RS FM” radio kanalı ilə müqavilə imzalayıb. Müqaviləyə əsasən, musiqi və informasiya proqramlarının səsləndirildiyi radiokanal “Azerspace-1” peyki üzərindən 2016-cı ilin fevral ayından etibarən 11135/H/27500 tezliyi ilə yayımlanacaq.

Qeyd edək ki, Gürcüstanın “Maestro” kanalı 1995-ci ildə təsis edilib. Gürcüstan əhalisi arasında populyar olan bu kanal vasitəsilə gürcü dilində əsasən ictimai, siyasi, iqtisadi, idman, musiqi, mədəniyyət və uşaq verilişləri, sənədli filmlər və seriallar nümayiş olunur. “Saperavi” TV-də isə qədim gürcü adət-ənənələrini əks etdirən proqramlar yayımlanır.

Son xəbərlər

Orphus sistemi