"Azərkosmos" Geologiya və Geofizika İnstitutu ilə Anlaşma Memorandumu imzalayıb

"Azərkosmos" Geologiya və Geofizika İnstitutu ilə Anlaşma Memorandumu imzalayıb Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi (RİNN) yanında Kosmik Agentliklə ("Azərkosmos") Elm və Təhsil Nazirliyinin Geologiya və Geofizika İnstitutu arasında qarşılıqlı əməkdaşlığa dair Anlaşma Memorandumu imzalanıb.
İKT
29 Dekabr , 2022 15:27
 Azərkosmos Geologiya və Geofizika İnstitutu ilə Anlaşma Memorandumu imzalayıb

Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi (RİNN) yanında Kosmik Agentliklə ("Azərkosmos") Elm və Təhsil Nazirliyinin Geologiya və Geofizika İnstitutu arasında qarşılıqlı əməkdaşlığa dair Anlaşma Memorandumu imzalanıb.

"Report" bu barədə RİNN-ə istinadən xəbər verir.

Memoranduma əsasən, peyk məlumatlarından istifadə etməklə işğaldan azad olunmuş ərazilərdə faydalı qazıntı yataqlarının tapılması üçün tədqiqatlar aparılması, ölkədə seysmik riskin qiymətləndirilməsi birgə fəaliyyətin əsas istiqamətlərindən olacaq. Sənəd peyk təsvirləri və geoloji məlumatlar əsasında sürüşmə areallarının monitorinqi, əsas su anbarlarının, yeraltı su resurslarının qiymətləndirilməsi və sudan səmərəli istifadə üçün təkliflərin hazırlanması üzrə əməkdaşlığı da əhatə edir. Eyni zamanda peyk təsvirlərindən istifadə olunmaqla innovativ məhsulların yaradılması istiqamətində birgə fəaliyyət nəzərdə tutulur.

"Azərkosmos"un İdarə Heyətinin sədri Saməddin Əsədov bildirib ki, memorandum ölkədə elmi tədqiqat layihələrinin icrasına mühüm töhfə verəcək: “Azərkosmos" Geologiya və Geofizika İnstitutuna tədqiqat ərazilərinə aid peyk təsvirlərinin verilməsini, o cümlədən qarşılıqlı təcrübə mübadiləsi, peşəkar kadrların hazırlanması və birgə təlimlərin təşkili məsələlərini daim diqqətdə saxlayacaq”.

Geologiya və Geofizika İnstitutunun baş direktoru Akif Əlizadə qeyd edib ki, müasir dünyada kosmik təsvirlərin elmi tədqiqatlarda rolu əvəzolunmazdır. Onun sözlərinə görə, ölkəmizdə bu sahələrin inkişafına xüsusi diqqət və qayğı göstərilir.

Memorandumda qurumlar arasında kosmik sahə üzrə kommersiya yönümlü birgə fəaliyyət də nəzərdə tutulur.

Son xəbərlər

Orphus sistemi