"Azərkosmos": Fövqəladə halları proqnozlaşdırmaq sahəsində uğurlu sınaqlarımız var

"Azərkosmos": Fövqəladə halları proqnozlaşdırmaq sahəsində uğurlu sınaqlarımız var Azərbaycanda fövqəladə halları qabaqcadan təxmin etmək sahəsində uğurlu sırnaqlar keçirilib.
İKT
16 May , 2024 15:25
Azərkosmos: Fövqəladə halları proqnozlaşdırmaq sahəsində uğurlu sınaqlarımız var

Azərbaycanda fövqəladə halları qabaqcadan təxmin etmək sahəsində uğurlu sırnaqlar keçirilib.

"Report" xəbər verir ki, bunu Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi yanında Kosmik Agentliyin ("Azərkosmos") İdarə Heyətinin sədr müavini Fuad Aslanov Bakıda keçirilən "GSMA Mobile 360 Eurasia 2024" beynəlxalq konfransında deyib.

"Bildiyiniz kimi, fövqəladə halları qabaqcadan təxmin etmək çətindir. Biz Kosmik Agentlik olaraq son 2 ildə fövqəladə xəbərdarlıq kommunikasiya sisteminin yaradılması istiqamətində işlər gördük. Bununla bağlı uğurlu sınaqlarımız mövcuddur", - deyə o qeyd edib.

F.Aslanov bildirib ki, peyk texnologiyası ilə əlaqəli tətbiqlərdən çoxlu sayda insan istifadə edir: "Peyk kommunikasiyasından kənd təsərrüfatı, neft-qaz, logistika sahəsində çox istifadə edirik. Məsələn kənd təsərrüfatında məhsuldarlığın artırılması üçün bu texnologiyalardan istifadə olunur. Bu trend artmaqda davam edəcək. Çünki dövlətlər, hökumətlər həm kənd təsərrüfatı, həm də infrastruktur layihələrinə olduqca böyük investisiyalar qoyurlar".

Son xəbərlər

Orphus sistemi