“Azərkosmos” fəaliyyətinin son ilini zərərlə başa vurub

“Azərkosmos” fəaliyyətinin son ilini zərərlə başa vurub “Azərkosmos” ASC 2020-cu ili 5,005 milyon manat mənfəətlə başa vurub. Halbuki, qurum 2019-cu ildən 3,618 milyon manat mənfəətlə çıxmışdı.
İKT
176
8 İyun , 2021 19:51
“Azərkosmos” fəaliyyətinin son ilini zərərlə başa vurub

“Azərkosmos” ASC 2020-cu ili 5,005 milyon manat mənfəətlə başa vurub. Halbuki, qurum 2019-cu ildən 3,618 milyon manat mənfəətlə çıxmışdı.

“Report” xəbər verir ki, ötən il “Azərkosmos”un göstərdiyi xidmətlərin satışından gəlirləri 54,339 milyon manat (əvvəlki ilə nisbətən 4,5% çox), xidmətlərinin maya dəyəri 45,292 milyon manat (19,3% çox), ümumi və inzibati xərcləri 9,745 milyon manat (8,7% az), ticarətdən debitor borcları üzrə xalis dəyərsizləşmə gəliri 28 min manat (əvvəlki il zərər olub), maliyyə gəlirləri 10,268 milyon manat (16,1% az), maliyyə xərcləri 20,579 milyon manat (14,2% az), sair gəlirləri isə 21,285 milyon manat (32,65 dəfə çox) təşkil edib. Səhmdar cəmiyyəti mənfəət vergisi ödəməyib.

Bu il yanvarın 1-nə “Azərkosmos”un aktivləri 592,482 milyon manat olub ki, bu da illik müqayisədə 5,75% azdır. Hesabat dövründə şirkətin öhdəlikləri 8,9% azalaraq 604,68 milyon manata, balans kapitalının çatışmazlığı isə 65,3% azalaraq 12,198 milyon manata düşüb, o cümlədən nizamnamə kapitalı 2,7 dəfə artaraq 169,306 milyon manat olub.

Xatırladaq ki, “Azərkosmos” 2011-ci ildə yaradılıb. 100% dövlətə məxsus səhmdar cəmiyyəti Prezident İlham Əliyevin bu il aprelin 27-də imzaladığı Fərmanla Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin tərkibində Kosmik Agentliyə çevrilib.

Son xəbərlər

Orphus sistemi