“Azərkosmos” Qubadlının Xanlıq kəndində erməni işğalçılarının yeni saldığı qəsəbənin təsvirini yayımlayıb

“Azərkosmos” Qubadlının Xanlıq kəndində erməni işğalçılarının yeni saldığı qəsəbənin təsvirini yayımlayıb “Azərkosmos” ASC Azərbaycanın işğal olunmuş ərazilərində təcavüzkar Ermənistan tərəfindən Qubadlı rayonunun Xanlıq kəndində yeni salınmış qəsəbənin “Azersky” peyki vasitəsilə bu il avqustun 29-da əldə olunmuş təsvirini yayımlayıb.
İKT
31 Avqust , 2019 14:46
“Azərkosmos” Qubadlının Xanlıq kəndində erməni işğalçılarının yeni saldığı qəsəbənin təsvirini yayımlayıb

Azərkosmos” ASC Azərbaycanın işğal olunmuş ərazilərində təcavüzkar Ermənistan tərəfindən Qubadlı rayonunun Xanlıq kəndində yeni salınmış qəsəbənin “Azersky” peyki vasitəsilə bu il avqustun 29-da əldə olunmuş təsvirini yayımlayıb.

“Report” xəbər verir ki, bu barədə “Azərkosmos” ASC-dən bildirilib.

Xatırladaq ki, bu gün Qubadlı rayonunun ermənilər tərəfindən işğalından 26 il ötür. Belə ki, Qubadlı rayonu IV-V əsrə aid tarixi abidələrlə zəngindir. Dəniz səviyyəsindən 1600 metr yüksəklikdə yerləşən, vaxtilə təbiət abidəsi kimi qorunan 20 min hektarlıq Qubadlı Dövlət Təbiət Yasaqlığı erməni işğalçıları tərəfindən məhv edilib.

Son xəbərlər

Orphus sistemi