"Azərkosmos"a həm ötən il Azərbaycanda keçirilən beynəlxalq astronavtika konqresində, həm digər beynəlxalq tədbirlərdə iştirak təcrübəsi, həm də iqlim dəyişikliyi ilə bağlı olan təcrübəsi imkan verir ki, BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasına (COP29) öz proqramı ilə qatılsın.
Bunu “Report”a müsahibəsində Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi yanında Kosmik Agentliyin ("Azərkosmos") İdarə Heyətinin sədr müavini Dunay Bədirxanov bildirib.
Onun sözlərinə görə, artıq bu proqramla bağlı planlar mövcuddur: “Dayanlıqlı İnkişaf Məqsədlərinin hamısına kosmosun töhfəsi vardır. Sırf iqlim dəyişikliyi ilə bağlı da biz xüsusən yerin məsafədən müşahidəsi xidmətlərinin, coğrafi informasiya sistemlərinin rolunu qeyd edə bilərik. Belə ki, həmin xidmətlər vasitəsilə biz dünyada olan dəyişiklikləri qlobal perspektivdə görə bilirik. Bu da onu göstərir ki, iqlim dəyişiklikləri məsələlərində kosmosun rolu böyükdür”.
O, Kosmik Agentliyin COP29-da aktiv olaraq iştirak etməyi planlaşdırdıqları vurğulayıb.
Dunay Bədirxanovla müsahibəni tam şəkildə buradan oxumaq mümkündür.