“Azərkosmos” bu ilin 10 ayında 38 milyon dollarlıq xidmət ixrac edib

“Azərkosmos” bu ilin 10 ayında 38 milyon dollarlıq xidmət ixrac edib Bu ilin yanvar-oktyabr aylarında “Azərkosmos” ASC 26 xarici ölkəyə 37,5 milyon ABŞ dolları dəyərində xidmət (telekommunikasiya və optik xidmətlər) ixrac edib.
İKT
28 Noyabr , 2019 14:56
“Azərkosmos” bu ilin 10 ayında 38 milyon dollarlıq xidmət ixrac edib

Bu ilin yanvar-oktyabr aylarında “Azərkosmos” ASC 26 xarici ölkəyə 37,5 milyon ABŞ dolları dəyərində xidmət (telekommunikasiya və optik xidmətlər) ixrac edib.

“Report” bu barədə İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinə istinadən xəbər verir.

Məlumata görə, 10 ay ərzində dövlət şirkətinin xidmət ixracından əldə etdiyi gəlir onun ümumi gəlirlərinin 89%-ni təşkil edib.

Təkcə bu ilin oktyabr ayında isə “Azərkosmos” 23 xarici ölkəyə 7,2 milyon dollar dəyərində xidmət ixrac edib. Səhmdar cəmiyyətinin xidmətlərini əsasən ABŞ, Böyük Britaniya, Fransa, Birləşmiş Ərəb Əmirlikləri və Malayziya idxal edib. 

Son xəbərlər

Orphus sistemi