“Azərkosmos” Belçikanın “SatADSL” şirkəti ilə əməkdaşlığa başlayıb

“Azərkosmos” Belçikanın “SatADSL” şirkəti ilə əməkdaşlığa başlayıb “Azərkosmos” ASC və Belçikanın internet və yayım xidmətləri təqdim edən “SatADSL” şirkəti arasında əməkdaşlıq müqaviləsi imzalanıb.
İKT
11 Yanvar , 2021 20:30
“Azərkosmos” Belçikanın “SatADSL” şirkəti ilə əməkdaşlığa başlayıb

“Azərkosmos” ASC və Belçikanın internet və yayım xidmətləri təqdim edən “SatADSL” şirkəti arasında əməkdaşlıq müqaviləsi imzalanıb.

"Report" bu barədə "Azərkosmos"a istinadən xəbər verir.

Müqaviləyə əsasən, “SatADSL” şirkəti özünün bulud əsaslı platformasından “Azerpsace-1” peykinin Mərkəzi Asiya yayım şüası vasitəsilə peyk internet xidmətləri təqdim edəcək. Bununla da şirkət Mərkəzi Asiyadan olan müştərilərini “Azerspace-1” peyki üzərindən hazır internet paketləri ilə təmin edəcək.

Qeyd edək ki, “SatADSL” şirkəti dünyanın 45 ölkəsində peyk interneti xidmətləri göstərən platformaya malikdir və telekommunikasiya sahəsində bütün dünyaya etibarlı peyk həlləri təklif edir.

“SatADSL” ilə əməkdaşlığımız “Azərkosmos”un müştərilərinə və tərəfdaşlarına peşakarlıqla təqdim etdiyi keyfiyyətli xidmətin göstəricisidir. “SatADSL” şirkəti ilə işləməkdən məmnunuq və bu əməkdaşlıq çərçivəsində növbəti illər ərzində qarşılıqlı fayda gətirəcək yeni layihələrimizin olacağına inanırıq”, - deyə “Azərkosmos”un Baş kommersiya direktoru Mark Qusriye qeyd edib.

"Azərkosmos” ilə qurduğumuz bu strateji tərəfdaşlıq bizə Şərqi Avropa regionunda və Rusiyada rabitə xidmətləri üzrə geniş imkanlar yaradacaq. Bu tərəfdaşlıq sayəsində rabitənin problemli olduğu bölgələrdə yüksək keyfiyyətli və etibarlı peyk xidmətləri təqdim edəcəyik”, – deyə “SatADSL” şirkətinin direktoru Tierri Eltges bildirib.

Son xəbərlər

Orphus sistemi