"Azərkosmos" BƏƏ şirkəti ilə əməkdaşlığa başlayıb

"Azərkosmos" BƏƏ şirkəti ilə əməkdaşlığa başlayıb Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi yanında Kosmik Agentlik ("Azərkosmos") və Birləşmiş Ərəb Əmirliklərinin (BƏƏ) “Bayanat” şirkəti arasında əməkdaşlıq müqaviləsi imzalanıb.
İKT
11 Oktyabr , 2023 16:21
Azərkosmos BƏƏ şirkəti ilə əməkdaşlığa başlayıb

Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi yanında Kosmik Agentlik ("Azərkosmos") və Birləşmiş Ərəb Əmirliklərinin (BƏƏ) “Bayanat” şirkəti arasında əməkdaşlıq müqaviləsi imzalanıb.

Bu barədə "Report"a Nazirlikdən məlumat verilib.

Müqaviləyə əsasən, hər iki tərəf coğrafi informasiya sistemləri üzrə birgə əməkdaşlıq edəcək. Bura məsafədən müşahidə məlumatlarının əldə olunması, emalı və tətbiq edilməsinə dair potensial layihələr və imkanların təşviq edilməsi, geoməkan məlumatları və onların texniki imkanları, təcrübə və bilik mübadiləsi daxildir. Həmçinin "Azərkosmos"un “Bayanat” şirkətinə məxsus geoməkan məlumat platformasını 1 il ərzində istifadə etməsi nəzərdə tutulub. Əməkdaşlıq çərçivəsində neft və qaz sahəsi üzrə xəritəçəkmə və tədqiqat zamanı Yer müşahidəsi həllərinin istifadəsinin genişləndirilməsi də nəzərə alınıb.

Eyni zamanda “Bayanat” Azərbaycanda xüsusilə coğrafi informasiya sistemləri üzrə mütəxəssislər və istifadəçilər üçün süni intellekt, geoməkan məlumatlarının toplanması növü olan “Synthetic Aperture Radar” (SAR) texnologiyası, coğrafi informasiya sistemləri və məsafədən müşahidə həlləri üzrə təlim keçəcək.

“Bayanat” 40 ildən artıqdır ki, Yaxın Şərq və onun hüdudlarından kənarda yüksək keyfiyyətli coğrafi məlumat, geoməkan və süni intellektlə işləyən məlumat analitikası təqdim edir.

Son xəbərlər

Orphus sistemi