“Azərkosmos” “Azconnexus” peyk internet platformasını istifadəyə verib

“Azərkosmos” “Azconnexus” peyk internet platformasını istifadəyə verib Platforma “Azerspace-1” telekommunikasiya peyki vasitəsilə fasiləsiz, təhlükəsiz və yüksək keyfiyyətli interent xidməti təqdim edir
İKT
20 Aprel , 2021 13:08
“Azərkosmos” “Azconnexus” peyk internet platformasını istifadəyə verib

“Azərkosmos” Azərbaycanda peyk üzərindən yüksək keyfiyyətli və etibarlı internet təmin etmək məqsədilə “Azconnexus” peyk interneti platformasını istifadəyə verib.

"Report" bu barədə quruma istinadən xəbər verir.

Məlumata görə, platforma “Azərkosmos”un operatoru olduğu “Azerspace-1” telekommunikasiya peyki vasitəsilə fasiləsiz, təhlükəsiz və yüksək keyfiyyətli interent xidməti təqdim edir. Bu platforma istifadəçilərə peyk interneti vasitəsilə video, audio və data daxil olmaqla müxtəlif trafik növlərindən yararlanmağa imkan verəcək.

“Azconnexus” kabel internetinin, mobil rabitənin zəif və ya mövcud olmadığı, 3G / LTE şəbəkəsinin sürətinin aşağı olduğu ərazilərdə yerləşən müəssisələri sürətli internet ilə təmin edəcək.

“Azconnexus” platformasının xidmətlərindən hökumət, müdafiə və təhlükəsizlik sahəsi, fövqəladə və təbii hadisələrin aradan qaldırılması zamanı, mədənçilik, dənizçilik, turizm, iaşə obyektləri və digər biznes və sənaye müəssisələrinin iş prosesində istifadə oluna bilər.

“Azconnexus”un peyk interneti dənizdə, quruda, dəmir yollarında və digər nəqliyyat xətlərində, ucqar ərazilərdəki iş və məlumat mərkəzlərində, bir sözlə kifayət qədər internet əhatəsi olmayan ərazilərdəki istifadəçilər üçün əlçatan olacaq.

Son xəbərlər

Orphus sistemi