"Azercell" yeni bayram kampaniyasına başlayıb

"Azercell" yeni bayram kampaniyasına başlayıb Abunəçilər kampaniyaya yalnız öz nömrələri ilə qoşula bilərlər
İKT
9 Mart , 2016 17:52
Azercell yeni bayram kampaniyasına başlayıb

Bakı. 9 mart. REPORT.AZ/ “Azercell Telecom” şirkəti Novruz bayramı ərəfəsində yeni kampaniyaya başlayıb. Şirkətdən “Report”a bildirilib ki, fiziki statusa malik olan bütün fakturalı xətt abunəçiləri xüsusi “Bahar” kampaniyasından yararlana bilər.

Kampaniya çərçivəsində bütün mövcud və “Azercell” şəbəkəsinə MND ilə keçən fakturalı xətt abunəçiləri, şirkətin diler şəbəkələrindən və “Azercell Express” ofislərindən güzəştli şərtlərlə “Hədsiz”, “Hədsiz Zəng” və ya “Hədsiz İnternet” tariflərinə qoşulub "iPhone 6s" (16 GB) və "iPhone 6s" (64 GB) əldə edə bilərlər. 

Abunəçi kampaniya çərçivəsində "iPhone 6s" (16 GB) və "iPhone 6s" (64 GB) telefonları əldə etdikdə 12/24 faktura dövrü ərzində müvafiq olaraq aylıq abunə haqqı ödəməli olacaq:

Tarif paketi "iPhone 6s" (16GB) - 12 faktura dövrü
ərzində ödənilən cihaz haqqı (ƏDV daxil)
"iPhone 6s" (64GB) ilə bağlı 12 faktura dövrü
ərzində ödənilən cıhaz haqqı (ƏDV daxil)
Hədsiz 179 AZN 199 AZN
Hədsiz zəng 159 AZN 179 AZN
Hədsiz internet 149 AZN 169 AZN
Tarif paketi "iPhone 6s" (16GB) - 24 faktura dövrü
ərzində ödənilən cihaz haqqı (ƏDV daxil)  
"iPhone 6s" (64GB)-24 faktura dövrü
ərzində ödənilən cıhaz haqqı (ƏDV daxil)
Hədsiz 119 AZN 129 AZN
Hədsiz zəng 99 AZN 109 AZN
Hədsiz internet      89 AZN 99 AZN

Kampaniyaya qoşulma dərhal baş verir və “Hədsiz”, “Hədsiz Zəng” və “Hədsiz İnternet” tarif paketləri növbəti gündən aktivləşdirilir. “Hədsiz Zəng” tarif paketinə qoşulan abunəçilərə bu kampaniyaya qoşulma müqabilində ilk 2 faktura dövrü ərzində 1 GB aylıq internet paketi müştəri tərəfindən sifariş etdikdə 2 dəfə pulsuz təqdim olunacaq.

Qeyd edək ki, bu tariflərə qoşulmaqla abunəçilər paket daxilində xüsusi bonus və endirimlər alırlar. Abunəçi kampaniyaya yalnız öz nömrəsi ilə qoşula bilər. Bir abunəçi kampaniya çərçivəsində yalnız bir telefon əldə edə bilər. Abunəçilər kampaniyadan yararlanmaq üçün istənilən AZEX/MX ofislərinə müraciət edə bilərlər.

Son xəbərlər

Orphus sistemi