"Azercell Telecom" Taksit layihəsini təqdim edir

"Azercell Telecom" Taksit layihəsini təqdim edir "Azercell" nömrəsi əldə etmək istəyən müştərilərə faizsiz hissə-hissə ödəmə imkanı veririləcək
İKT
5 Dekabr , 2023 17:33
Azercell Telecom Taksit layihəsini təqdim edir

"Azercell" nömrəsi əldə etmək istəyən müştərilərə faizsiz hissə-hissə ödəmə imkanı veriləcək

Bu gündən lider mobil operator "Azercell Telecom" MMC Taksit layihəsini təqdim edir.

www.azercellim.com veb-səhifəsində qiyməti 100 manat üzərində olan bütün "Azercell" nömrələrinin onlayn qaydada 12 aya qədər faizsiz taksitlə əldə edilməsi mümkün olacaq. "Azercell" nömrəsi almaq istəyən müştəri "BirKart" abunəçisi olmalıdır. Müştəri alacağı nömrənin qiymətini müəyyən edilmiş müddətlərdən birini seçməklə bir neçə ay ərzində hissə-hissə ödəmə imkanı əldə edəcək və bunun qarşılığında heç bir faiz hesablanmayacaq.

Ətraflı məlumat və bu imkandan yararlanmaq üçün sadəcə www.azercellim.com veb-səhifəsinə keçid etmək lazımdır. Xatırladaq ki, www.azercellim.com saytı sürətli xidmət, istifadəçi rahatlığı və geniş nömrə bazası ilə müştəri təcrübəsini zənginləşdirmək məqsədilə yaradılan ilk e-ticarət (onlayn satış) platformasıdır.

Son xəbərlər

Orphus sistemi