"Azercell Telecom" MMC Rominq İnternet Paketləri yaradıb

"Azercell Telecom" MMC Rominq İnternet Paketləri yaradıb Xəbər verdiyimiz kimi Azercell Telecom MMC mayın 1-dən Rusiya, Ukrayna, Belarusiya, Moldova, Qazaxıstan, Özbəkistan, Qırğız Respublikası və Tacikistanda rouminq xidmətində internetdən istifadəyə görə xidmət haqqını artıracaq. Həmin tarixdən Azercell Telecom MMC-nin 1 MB mobil internet xidmətinin qiyməti 3,5 manat təşkil edəcək.
İKT
31 Mart , 2019 20:03
Azercell Telecom MMC Rominq İnternet Paketləri yaradıb

Xəbər verdiyimiz kimi "Azercell Telecom" MMC mayın 1-dən Rusiya, Ukrayna, Belarusiya, Moldova, Qazaxıstan, Özbəkistan, Qırğız Respublikası və Tacikistanda rouminq xidmətində internetdən istifadəyə görə xidmət haqqını artıracaq. Həmin tarixdən "Azercell Telecom" MMC-nin 1 MB mobil internet xidmətinin qiyməti 3,5 manat təşkil edəcək.

Bu barədə "Report" Azercell Telekom MMC Mətbuat Xidmətinə istinadən xəbər verir.

Hazırda bu məbləğ 2,2 manatdır. Qeyd edilir ki, rouminq xidmətində internet təxminən 60% bahalaşacaq. Mayın 1-dən etibarən bəzi obyektiv səbəblərdən adıçəkilən ölkələrdə paketsiz internet istifadəsinin 1 MB-na tətbiq edilən tarifin artırılacağını nəzərə alaraq abunəçilərə digər sərfəli imkanlar təqdim etmək məqsədilə endirimli Rominq İnternet Paketləri yaradılıb. Belə ki, abunəçilər 52 ölkədə fəaliyyət göstərən 74 operatorun şəbəkəsində istifadə üçün nəzərdə tutulan 100 MB, 400 MB və 1GB həcmli paketlərdən yararlana bilər. Bu paketlər abunəçilərə internet istifadəsinə 95%-dən başlayan endirimlər təqdim edir.

"Bu internet paketlər vasitəsilə biz abunəçilərə səfər zamanı xərclərə nəzarət edə bilmə imkanını da təqdim etmiş oluruq. Onu da vurğulamaq istəyirik ki, qeyd edilən yeni tariflər analoji xidmətlər ilə bağlı bazarda tətbiq edilən tariflərdən xeyli azdır", - deyə məlumatda bildirilir.

Son xəbərlər

Orphus sistemi