"Azercell": "Müştərilərimizə qarşı dələduzluq faktları beynəlxalq səviyyədə araşdırılır"

"Azercell": "Müştərilərimizə qarşı dələduzluq faktları beynəlxalq səviyyədə araşdırılır" Mobil operator abunəçilərini diqqətli olmağa çağırıb
İKT
150
16 Fevral , 2016 11:06
Azercell: Müştərilərimizə qarşı dələduzluq faktları beynəlxalq səviyyədə araşdırılır

Bakı. 16 fevral. REPORT.AZ/ Müştərilərə qarşı mobil dələduzluq törədilibsə, bu faktla bağlı hüquq mühafizə orqanlarına müraciət edə bilərlər. Mobil rabitə operatoru dələduzların hərəkətlərinə görə məsuliyyət daşımır və onları hüquqa zidd hərəkətlərinə görə, məsuliyyətə cəlb etməsi mümkün deyil. Bunu "Report"un son vaxtlar yayılan mobil dələduzluq və spam zənglərlə bağlı sorğusuna cavab olaraq "Azercell" şirkətindən bildiriblər. 

Şirkət, həmçinin əlavə edib ki, son zamanlar "Azercell" şəbəkəsi istiqamətində beynəlxalq mobil dələduzların fəallaşmasını nəzərə alaraq abunəçilərinə diqqətli olmağı tövsiyə edir: "Bununla əlaqədar tərəfimizdən bütün müvafiq tədbirlər görülməkdədir. Şübhəli məzmunlu SMS-lərə geri dönüş etməməyi, həmin SMS-də göstərilən beynəlxalq nömrələrə zəng etməməyi tövsiyə edirik. Əks halda nömrənizin hesabında böyük məbləğdə xərclər yarana bilər. Qeyd etdiyiniz məsələ hal-hazırda beynəlxalq səviyyədə araşdırılmaqdadır. Müvafiq araşdırmalar bitdikdən sonra ictimaiyyətə ətraflı məlumat veriləcək", - deyə "Azercell"dən bildirilib.  

Qeyd edək ki, "Azərcell" abunəçilərini buna bənzər hallar haqqında məlumatlandırmaq məqsədilə rəsmi veb səhifəsində müvafiq məlumat yerləşdirilib.

Aşağıdakı link vasitəsilə abunəçilər Təhlükəsizlik Tövsiyələri ilə tanış ola bilərlər:

https://www.azercell.com/az/help/fraud/

Son xəbərlər

Orphus sistemi