"Azercell" cəbhə bölgəsində yaşayan abunəçilərinə danışıq dəqiqələri hədiyyə edib

"Azercell" cəbhə bölgəsində yaşayan abunəçilərinə danışıq dəqiqələri hədiyyə edib Abunəçilər hədiyyə dəqiqələrindən 1 ay ərzində istifadə edə bilərlər
İKT
4 Aprel , 2016 16:23
Azercell cəbhə bölgəsində yaşayan abunəçilərinə danışıq dəqiqələri hədiyyə edib

Bakı. 4 aprel. REPORT.AZ/ Azərbaycanın aparıcı mobil rabitə operatoru - “Azercell” şirkəti cəbhə xətti boyunca döyüşlər gedən ərazilərdə - Füzuli, Ağdam və Tərtərdə olan abunəçilərinə şəbəkədaxili 60 dəqiqə pulsuz danışıq hədiyyə edir.

Şirkətdən “Report”a bildirilib ki, “Azercell” abunəçiləri hədiyyə dəqiqələrindən 1 ay ərzində istifadə edə bilərlər.

"Aprelin 2-dən şirkətin texniki qrupu cəbhə bölgəsində kəsintisiz rabitəni təmin etmək üçün gərgin iş rejimində çalışır. “Azercell”in hazırda cəbhə xəttinə yaxın 70 stansiyası var. Onların 35%-dən çoxu avtonom rejimdə çalışan generatorlarla təchiz edilib. “Azercell”in işçi qrupu tam həcmli xidmət göstərmək məqsədilə cəbhə xətti boyunca və ətraf ərazilərdə 3G şəbəkəsinin əhatə dairəsinin genişləndirilməsi üzərində çalışır", - deyə şirkətdən qeyd olunub.

Son xəbərlər

Orphus sistemi