“Azercell” bir neçə regionu 4G şəbəkəsi ilə əhatə edib

“Azercell” bir neçə regionu 4G şəbəkəsi ilə əhatə edib Bakı. 24 noyabr. REPORT.AZ/ “Azercell Telecom” MMC Bakı, Abşeron yarımadası və Gəncədən əlavə, Bərdə, Şəmkir və Lənkəran şəhərlərində 4G şəbəkəsini istifadəyə verib.
İKT
306
24 Noyabr , 2017 18:18
“Azercell” bir neçə regionu 4G şəbəkəsi ilə əhatə edib

Bakı. 24 noyabr. REPORT.AZ/ “Azercell Telecom” MMC Bakı, Abşeron yarımadası və Gəncədən əlavə, Bərdə, Şəmkir və Lənkəran şəhərlərində 4G şəbəkəsini istifadəyə verib.

Bu barədə “Report”a Şirkətdən məlumat verilib.

Məlumatda deyilir ki, indi Şirkət həmin bölgələrdə yaşayan abunəçilərinə ən sürətli 4G internetdən yararlanmaq üçün kampaniyaya start verir. Kampaniya çərçivəsində abunəçilər 4G xidmətinə qoşulmaqla 4G sürətini sınamaq üçün 5 GB internet hədiyyə qazanacaqlar. 4G xidmətindən istifadə edib yüksək sürətli internetdən faydalanmaq üçün, sadəcə, müştərinin 4G dəstəkli telefonu, 4G xidmətini dəstəkləyən Sim-kartı olmalı və telefonun seçənəklər bölümündə 4G[LTE] şəbəkəsi seçilməlidir. Sim-kartda 4G xidmətinin aktiv olmasını yoxlamaq üçün 4G+ yazib 2525 göndərmək kifayətdir.

Kampaniya çərçivəsində 5 GB hədiyyə interneti əldə etmək üçün abunəçilərə “4” rəqəmini 2525 qısa nömrəsinə SMS-lə göndərmək kifayətdir. Əgər nömrədə 4G xidməti aktiv deyilsə, abunəçilər Gəncə, Şəmkir, Bərdə və Lənkəranda yerləşən “Azercell” Müştəri Xidmətləri ofislərinə yaxınlaşaraq 4G şəbəkəsini dəstəkləyən Sim-kartları pulsuz olaraq əldə edəcəklər. 

Qeyd edək ki, hazırda “Azercell” ölkədə ən böyük 4G şəbəkəsinə sahibdir. 2017-ci ildə "Azercell"in 4G internet istifadəçilərinin sayı ötən illə müqayisədə 5 dəfə artıb, mobil internetdən istifadə həcmi isə 55% çoxalıb. Ötən il ərzində “Azercell” 4G şəbəkəsini 84,1% gücləndirib.

Son xəbərlər

Orphus sistemi