Bakı. 15 fevral. REPORT.AZ/ “Azercell Telekom” MMC daha bir unikal və yeni xidməti - “Virtual ATS”i istifadəyə verib.
“Report”bu barədə Azercell”ə istinadən xəbər verir.
Xidmətin bu gün keçirilən təqdimat mərasimində şirkət rəhbərliyi və “Azercell”in 250 korporativ müştərisi iştirak edib. Mərasimdə məhsulun Demo versiyasi nümayiş etdirilib. Bildirilib ki, ölkədə ilk dəfə tətbiq olunan “Virtual ATS” həlli ilə şirkətlər rabitənin yeni səviyyəsindən yararlanacaqlar. Bu həll ilə şirkətlər smartfonlar üçün ATS-in təşkili, müştəri xidmətləri mərkəzinin yaradılması və reklam kampaniyaları keçirilən zaman çoxkanallı "qaynar xətt"in qurulmasına nail ola biləcəklər. Bundan başqa, “Virtual ATS” həlli fərdi telesekretar, konfrans zəng, zənglərin idarə edilməsi və digər 10-a yaxın funksiyalarlarla bizneslərə eksklüsiv imkanlar verir. Hazırda əsas diqqətin xərclərə qənaətə yönəldiyi bir zamanda bu həll ilə şirkətlər əlavə avadanlıq xərcləri çəkmədən səmərəliliyi artıracaqlar.
"Virtual ATS" xidməti mövcud olan mobil və stasionar telefonları ümumi şəbəkəyə birləşdirməyə imkan yaradır. Bu xidmət ilə istifadəçi daxil olan zəngləri qəbul etmək və paylamaq üçün vahid çoxkanallı nömrə əldə edir. "Virtual ATS" xidmətinin üstünlüklərinə Mini ATS və əlavə avadanlıq tələb olunmaması, şirkət nömrəsinin bütün ofis və filialları üçün eyni olması daxildir.
“Azercell” “Standart” və “Premium” Mobil ATS paketlərini də təqdim edir.
Standart paket
Qoşulan nömrələrin sayı | Şirkətdaxili nömrələrə göndərilən SMS sayı | Qiymət, AZN |
1 – 10 | 500 SMS | 100 AZN |
11 – 30 | 1000 SMS | 250 AZN |
31 – 100 | 3000 SMS | 600 AZN |
101 və daha çox | 10 000 SMS | 750 AZN |
Qoşulan nömrələrin sayı | Şirkətdaxili nömrələrə göndərilən SMS sayı | Qiymət, AZN |
1 – 10 | 1500 SMS | 250 AZN |
11 – 30 | 3000 SMS | 550 AZN |
31 – 100 | 9000 SMS | 1500 AZN |
101 və daha çox | 30 000 SMS | 1800 AZN |
"Azercell Telekom" MMC 1996-cı ildə təsis edilib. Azərbaycanın mobil rabitə sektorunda 48% bazar payına malik olan "Azercell"in şəbəkəsi ölkə ərazisinin 80%-ni (işğal altında olan 20% ərazi istisna olmaqla), əhalinin isə 99,8%-ni əhatə edir. Hazırda 4,5 milyon abunəçi "Azercell"in xidmətlərindən istifadə edir.

