"Azercell" ayda 89 manat ödəməklə ilkin ödənişsiz "iPhone" təklif edir

"Azercell" ayda 89 manat ödəməklə ilkin ödənişsiz "iPhone" təklif edir Smartfonların sayı məhduddur
İKT
4 Noyabr , 2016 17:56
Azercell ayda 89 manat ödəməklə ilkin ödənişsiz iPhone təklif edir

Bakı. 4 noyabr. REPORT.AZ/ Azərbaycanın apacırı mobil operatoru olan "Azercell Telecom" "iPhone 7" və "iPhone 7 Plus" smartfonlarının Azərbaycanda rəsmi təqdimatçısı kimi abunəçilərinə yeni cəlbedici təklifini edib. 

Bu barədə "Report"a şirkətdən bildirilib. 

Məlumata görə, bu gündən etibarən "Azercell"in bütün müştəriləri güzəştli şərtlərlə "iPhone 7" telefonuna sahib ola bilərlər. Bunun üçün ayda cəmi 89 manat ödəmək lazımdır. Son nəticədə abunəçilər ən müasir smartfon və 30GB həcmində "Hədsiz İnternet" paketini əldə edəcəklər. 

Bu təklifdən yararlanmaq üçün "Azercell"in Z.Tağıyev küçəsi, 18, B.Bağırova küçəsi, 2, 28 May küçəsi, 33A ünvanlarında yerləşən Müştəri Xidmətləri Mərkəzlərinə yaxınlaşmaq lazımdır. Telefonların sayı məhduddur.

Qeyd edək ki, "iPhone 7" və "iPhone 7 Plus" mobil telefonları "iPhone"nun ən yeni nəsil modelləri olub, yeni kamera sistemi, ən uzun ömürlü batareya və suya/toza davamlılığı ilə seçilir. 

Son xəbərlər

Orphus sistemi